Gəncləri vahid niyyət ətrafında birləşdirən fəaliyyət

 

 

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beş il əvvəl ekoloji sahədəki problemlərin aradan qaldırılmasına dəstək təşəbbüsü ilə mühüm bir addım atmışdır. Bununla bağlı müxbirimiz "Yaşıl ASAN” proqramının rəhbəri, İnsan resursları və təlim şöbəsi, könüllülərlə sektorunun aparıcı məsləhətçisi Səkinə Həsənova ilə görüşmüşdür. Son illər könüllülük hərəkatının geniş vüsət aldığını diqqətə çatdıran S.Həsənova demişdir:

- "ASAN xidmət” fəaliyyətə başladığı ilk günlərdən könüllülərə, yaradıcı gənclərə dəstək göstərir və onların inkişafı üçün münbit şərait yaradır. Bu imkanlardan və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ekoloji sahədəki fəaliyyətindən həvəslənən bir qrup "ASAN könüllüsü” 2015-ci il mayın 1-də "Yaşıl ASAN”ın yaradılması ideyasını irəli sürmüşlər. İlkin olaraq ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq qərara alınmışdı. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin birgə həyata keçirdiyi "Hər kağızı bir yarpağa dəyişək” layihəsində "Yaşıl ASAN”ın təşəbbüsçüləri də fəal iştirak etmişlər. Onların ideya birliyi sayəsində Bakı şəhərində və regionlarda yerləşən "ASAN xidmət” mərkəzlərində istifadəyə yararsız kağızların qəbulu məntəqələri yaradıldı. Nəticədə Bakı, Bərdə, Sumqayıt, Sabirabad şəhərlərində keçirilən "Yaşıl Dağ” aksiyası çərçivəsində 200 tona yaxın kağız tullantısı toplandı. Bununla da təxminən 3400 ağacın kəsilməsinin qarşısı alındı.

2015-ci ildən başlayaraq "Yaşıl ASAN” təşəbbüsçüləri Beynəlxalq Sahilyanı Təmizlik Gününün qeyd olunması çərçivəsində Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsi aksiyasına başlamışlar. Hər il olduğu kimi, bu il də həmin aksiyada yüzlərlə "ASAN” könüllüsü iştirak edir.

Dörd ildir ki, Bakı şəhərində, eləcə də "ASAN Xidmət” mərkəzlərinin fəaliyyətdə olduğu regionlarda ekoloji müvəkkillər institutu yaradılmış, çoxsaylı layihə və tədbirlər keçirilmişdir. Bunun nəticəsi olaraq "Təşəbbüs” bu gün "ASAN Schoolkönüllülük məktəbinin ekoloji proqramına çevrilmişdir. Proqramın üç əsas məqsədi var: ekoloji maarifləndirmə, ətraf mühitin mühafizəsi və sağlam həyat tərzinin təbliği. Bu illər ərzində "Yaşıl ASAN” komandasının tərkibi yüzlərlə əlavə gəncin hesabına daha da böyümüşdür. Bununla da dostluq, birlikümumi uğur prinsiplərinə layiqli töhfələr verən gənclərin təşkilatçılıq bacarığı daha da inkişaf etmişdir. Onların səyi ilə məktəblilərdə və vətəndaşlar arasında ağacəkmə aksiyaları, veloyürüşlər, yoqa və digər idman tədbirləri həyata keçirilmişdir. Ümumilikdə bu layihələrdə on minlərlə insan iştirak etmiş və faydalanmışdır.

Bu qəbildən olan uğurlu layihələr sırasında "Sahibsiz heyvanlara qayğı göstərək!” adlı aksiyasını, eko-memarlıq layihəsini, işğal altında olan Dağlıq Qarabağ torpaqlarının ekoloji problemləri ilə gənclərin tanışlığını hədəfləyən "Dağlıq Qarabağa doğruekoloji layihəni, Füzuli rayonunun Horadiz şəhərində məktəblilərlə görüşü və ağacəkmə aksiyasını, o cümlədən piknik mədəniyyətinin formalaşmasını təbliğ edən Bakı Piknik Festivalını qeyd etmək yerinə düşər.

Proqramın əsas hədəflərindən biri ekoloji layihələrin idarəedilməsi sahəsində könüllülərdə ilkin bacarıq-qabiliyyət formalaşdırmaqdır. Eyni zamanda ekologiya ilə mədəniyyət, memarlıq və iqtisadiyyatyönümlü layihələrin irəli sürülməsidir. Belə layihələrdən biri "Yaşıl İncəsənət” layihəsidir ki, gənc rəssamlar tərəfindən sevilir və mütəmadi olaraq gənclər əl işlərini sərgi müsabiqəsi üçün hazırlayırlar. Artıq üçüncü dəfədir ki, keçirilən bu layihələrdə əsas məqsədi müasir incəsənətdə mənzərə və natürmort janrlarından geniş istifadə etmək, ətraf mühitin mühafizəsinə, Azərbaycanın müxtəlif ərazilərindəki florafauna nümunələrinə, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə qayğı və diqqəti artırmaqdır. Rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra üç ən yaxşı müəllif-rəssam xüsusi diplompul mükafatları ilə təltif olunur.

Üç ilə yaxındır ki, ilk dəfə olaraq "ASAN” könüllülük məktəbinin "Yaşıl ASAN” ekoloji proqramının icrasında respublikada yaşayan əcnəbi gənclər də iştirak edirlər. 2017-2019-cu illər ərzində proqramda Böyük Britaniya, Serbiya, Niderland, Pakistan, Çin, Hindistan, Qazaxıstan, Türkiyə, Əlcəzair, Tailand, Honkonq, Türkiyə, Nigeriya, Maldiv, Liberiya, Əfqanıstan və Gürcüstan kimi ölkələri təmsil edən gənclər proqramın iştirakçısı olmuşlar. Ümumilikdə bu illər ərzində 34 əcnəbi gənc "ASAN” könüllüsü adını qazanmışdır.

Hər il dünyada milyonlarla insan bir araya gələrək hamının diqqətini iqlim dəyişikliyi probleminə yönləndirilməsi məqsədilə bir saatlıq işıqları və həyat üçün vacib olmayan digər elektrik cihazlarını söndürməyə çağıran "Yer Saatı” - "Earth Hour” aksiyasına dəstək olub. Ölkəmiz ilk dəfə 2015-ci ildə bu aksiyaya qoşulub. Bakı və regionlarda yerləşən "ASAN xidmət” mərkəzlərinin fasad işıqları bir saatlıq söndürülürbu rəmzi hərəkətlə insanlar enerjiyə qənaətə təşviq edilir. Ölkəmizdə xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, Azərbaycan üzrə Beynəlxalq "Yer saatı” kampaniyasının (www.earthhour.org) rəsmi koordinatoru olan IDEA İctimai Birliyi tərəfindən bugünün qeyd olunmasına dair çağırış edilmişdi. Bu çağırışa dəstək olaraq "Yaşıl ASAN” ekoloji proqramı Beynəlxalq "Yer saatı” aksiyasına qoşulmuş və 200-dən çox "ASAN” könüllüsü evdə qalmaq şərti ilə işıqlarını bir saat söndürməklə çağırışı dəstəkləmişdilər. Bununla könüllülük fəaliyyətinin ölkəmizdə yeni mərhələyə qədəm qoyduğununböyük potensiala malik olduğunun şahidinə çevrildik.

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Prezidentin sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında "Könüllülər ilielan edilmişdir. Bu, könüllülərə, habelə könüllü təşkilatlara verilən böyük qiymət və dəyərdir. Bu, məsuliyyətli işdirbiz keçən illərdən daha çox çalışmalı, ölkəmiz üçün faydalı və gənclərin inkişafına töhfə verəcək uğurlu layihələri həyata keçirməyə planlaşdırmışıq.

- Koronavirus pandemiyası ilə mübarizədə, deyəsən, könüllülər daha çox fərqlənirlər.

- Bəli, dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına sadiq qalaraq "ASAN Schoolkönüllülük məktəbinin "Yaşıl ASAN” proqramı tərəfindən Bakı şəhərində və regionlarda yaşayan könüllülərimiz xüsusi karantin rejiminin başladığı gündən sosial şəbəkələrdə "Evdə qal!”, "Təbiəti qoru!” devizi altında 100-dən çox maarifləndirici postalar paylaşıblar. Sahibsiz heyvanlara qayğı göstərmək məqsədilə vətəndaşları yaşadıqları bina və evlərin qarşısında bir ovuc yemsu qabları yerləşdirməyə çağırıblar. Həmçinin könüllülər tərəfindən evdə tullantı materiallardan istifadə edərək sanitayzerlərin hazırlanması ilə bağlı maraqlı videoçarxlar çəkilib paylaşılmışdır. Bütün dünyanı başına götürən koronavirus pandemiyası ilə əlaqədar könüllülər mütəmadi olaraq onlayn maarifləndirici görüşlər keçirirlər, karantin rejiminin tələbləri çərçivəsində müxtəlif sosial şəbəkələr üzərindən və onlayn videogörüşlər vasitəsilə indiyədək 59 ekoloji maarifləndirici tədbir keçirilib ki, bu zaman 694 nəfərdən çox insan məlumatlandırılıb.

 

Rəhman SALMANLI

Azərbaycan.-2020.- 13 iyun.- S.6.