Avropa Parlamenti: Dağlıq Qarabağ
Azərbaycanın qanunsuz işğal
edilmiş ərazisidir
Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, bu qurumun Ermənistan üzrə məruzəçisi Trayan Besesku Ermənistan ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu arasında yeni magistral yol tikintisi ilə əlaqədar birgə bəyanat yayıblar (bax: azertag.az/ru/xeber/1510037).
AZƏRTAC
xəbər verir ki, bu sənəd Azərbaycanın
Dağlıq Qarabağ regionunun Yerevan tərəfindən
lobbiləşdirilən “öz müqəddəratının
təyin etmək hüququnun bütün qanunlar üzrə sərbəst
fikir bildirilməsi nəticəsində öz müqəddəratını
təyin etmiş arsax xalqı” statusuna rəğmən, məhz
Ermənistan tərəfindən işğal edilmiş region
kimi dünyada, o cümlədən Avropa İttifaqı
strukturlarında daha artıq dərəcədə
tanınmasının növbəti təsdiqidir.
Sənəd Avropa Parlamentinin
saytında dərc edilib:
https://www.europarl.europa.eu/cmsdata/208877/KALJURAND_BASESCU_ZOVKO_Joint%20statement_new%20highway%20between%20Armenia%20and%20Nagorno%20Karabakh.pdf
Sənədin mətni yetərincə qısadır, lakin onun gözəlliyi də məhz bundadır ki, Ermənistan və Azərbaycan üzrə əsas məruzəçilərin
prinsipial mövqeyi qısa formada ifadə edilib. Bəyanatın ikinci cümləsində
“also” (həmçinin) sözü
diqqəti cəlb edir: “Yeni infrastruktur
yolu, HƏMÇİNİN (!) işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarından
keçməklə Ermənistandakı
Qafanı Dağlıq
Qarabağdakı Hadrut
ilə birləşdirəcək”.
Beləliklə, “həmçinin” sözü
“işğal edilmiş”
statusunu Dağlıq Qarabağın özünə
də şamil edir. Bütün bu illər ərzində bilavasitə Dağlıq Qarabağ ilə ona bitişik rayonlar arasında keyfiyyətcə hədd qoymağa çalışanlar
yəqin ki, indi özlərini çox pis hiss edirlər!
Sənəddə bir qədər
sonra ilk baxışda
“yarımçıqlıq” və “ikimənalılıq”
təsiri bağışlayan
hər hansı ifadələr bir kənara atılıb: Dağlıq Qarabağa bitişik rayonlarla yanaşı, bu region özü də açıq-aydın “qeyri-qanuni
işğal edilmiş
ərazi” adlanır. Üstəlik, bu qeyri-qanuni
işğalı sabitləşdirmək
cəhdlərinin qəbuledilməz
olması və bu baxımdan narahatlıq ifadə edilir.
Nəhayət sonda daha bir xoşagələn məqam ondan ibarətdir ki, sənədin müəllifləri
ATƏT-in Minsk qrupunun səylərinin
dəstəkləyirlər, lakin bu dəstək
ermənilərin xoşladığı
hansısa mücərrəd
formada ifadə olunmur, 2009-cu ildən qəbul edilmiş baza prinsipləri “münaqişənin dinc yolla, Azərbaycanın beynəlxalq səviyyədə
qəbul edilmiş sərhədləri səviyyəsində
nizamlanması” şəklində
konkretləşdirilir.
Bu sərhədləri izah etməyə, fikrimizcə, ehtiyac yoxdur. Lakin əgər
erməni tərəfi
“Arsaxın müstəqilliyi
Azərbaycanın sərhədlərini
pozmur, çünki Dağlıq Qarabağ hələ Azərbaycanın
sərhədləri tanınana
qədər leqal şəkildə onun tərkibində çıxıb”
kimi cəfəng tezislərlə manipulyasiya
etməyə çalışarsa,
onun bir məsələ barədə
fikirləşməsi pis
olmazdı: əgər
belədirsə, əgər
ərazi bütövlüyü
heç kəs tərəfindən pozulmursa,
onda Avropa İttifaqından olan siyasətçilər ərazi
bütövlüyünə riayət edilməsi prinsipini ümumiyyətlə
nə üçün
xatırladırlar?
Hərçənd əminik ki, Yerevanda onsuz da hər şeyi
çox yaxşı başa düşürlər. Bir şapalağın
izi keçməmiş
növbəti şapalaq
gəlir. Ümidvarıq ki, bu da
sonuncu olmayacaq.
Azərbaycan.-2020.-
13 iyun.- S.7.