Sərhədçilərin Heydər
Əliyev zirvəsinə ənənəvi yürüşü
təşkil olunub
15 İyun - Milli Qurtuluş Günü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının ifadəsi məqsədilə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən general və zabitlərdən ibarət bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə ənənəvi yürüşü təşkil olunub.
DSX-nin
mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki,
Xidmətin Sərhəd Qoşunlarının Xudat sərhəd
dəstəsinin "Xınalıq” sərhəd
zastavasından hərəkətə başlayan
yürüş iştirakçıları mürəkkəb
relyefə malik dağlıq ərazini böyük ruh yüksəkliyi
və əzmkarlıqla fəth edərək təyin
olunmuş zirvəyə qalxıb, orada Azərbaycanın
dövlət bayrağını ucaldıb, dövlət
himnini ifa edib və 15 İyun - Milli Qurtuluş
Gününü tərənnüm edən lövhəni qaya
üzərində bərkidiblər.
Sərhədçi
yürüşünün yekununda qeyd olunub ki, ümummilli
lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
qurulmasında və möhkəmlənməsində, ölkəmizdə
sərhəd mühafizəsi sisteminin formalaşmasında və
inkişafındakı əvəzsiz xidmətləri əbədi
olaraq xatirələrdə yaşayacaq. Dahi Öndərin müəyyənləşdirdiyi
milli sərhəd strategiyası Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə daim böyük qürur və şərəflə həyata
keçiriləcək, ölkəmizin sərhəd mühafizəsi
daha da möhkəmlənəcək,
yaxın zamanlarda dövlətimizin ərazi
bütövlüyü təmin olunacaq və dövlət sərhədlərimizin
hər bir hissəsində müzəffər
bayrağımız ucaldılacaq.
Azərbaycan.-2020.- 12 iyun.- S.7.