Mehriban
Əliyeva: “Qoy Vətənimizdə
həmişə sülh və əmin-amanlıq hökm
sürsün”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 İyun- Milli Qurtuluş Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: "Əziz həmvətənlər!
Sizi
Milli Qurtuluş Günü münasibətilə təbrik edir,
hər birinizə ən xoş arzularımı
çatdırıram. Qoy Vətənimizdə
həmişə sülh və əmin-amanlıq
hökm sürsün!
Qoy Azərbaycanın müstəqilliyi,
xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm
cansağlığı və xoşbəxtlik arzulayıram!”
Azərbaycan.-2020.- 17 iyun.- S.1.