“Microsoft” şirkəti ilə tərəfdaşlığın
böyük potensialı və böyük gələcəyi
var
İyunun
16-da "Microsoft” şirkətinin təşəbbüsü
ilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi
və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr
və hüquqi məsələlər üzrə rəhbəri
Nanna-Luize Linde və "Microsoft” şirkətinin digər
nümayəndələri arasında videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfransın iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:
-Sabahınız
xeyir.
"Microsoft”un
vitse-prezidenti Filip Roq: Sabahınız xeyir.
Prezident
İlham Əliyev: Sizi görmək çox xoşdur.
Filip Roq:
Mən də həmçinin. Bir neçə il
keçib. Sizi sağlam görmək çox
gözəldir. Vaxt
ayırdığınıza görə təşəkkür
edirik.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm. Mən
bizim bir neçə il əvvəl
Bakıdakı görüşümüzü xatırlayıram.
Filip Roq:Bizim səyahət edə bildiyimiz daha
yaxşı vaxtlarda.
Prezident
İlham Əliyev: Bəli, lakin indi biz özümüzü
hazırkı reallığa
uyğunlaşdırmalıyıq.
Filip Roq:
Tamamilə doğrudur. Yaradılmış imkana
görə Sizə təşəkkür edirik. Məni bir neçə həmkarım müşayiət
edir. Bizim tərəfdən regional rəhbər
xanım Den Ouden, hökumətlə əlaqələr üzrə
təmsilçimiz xanım Vildfanq və əlbəttə ki,
Azərbaycan üzrə baş menecer Qaçay.
Sözsüz ki, bayaq qeyd etdiyim kimi, orada, Sizin
gözəl şəhərinizdə şəxsən olmaq istərdim.
Siz bütün dünyadakı vəziyyəti
başa düşürsünüz. Biz Sizə
salamlarımızı çatdırırıq. Mənə gəlincə, öz vətənimdən
- Almaniyadan. Sizinlə görüşmək
imkanı əldə etmək bizim üçün
böyük fürsətdir. Bu mürəkkəb
zamanda vaxt ayırdığınız üçün təşəkkür
edirik. İlk növbədə, deyərdim
ki, ölkənizdə pandemiyanın təsirinin kifayət qədər
nəzarət altında olduğunu eşitdiyimə şad
oldum. Mən dünya liderləri ilə əlaqə
saxladığımdan bu, heç də həmişə belə
olmur. Nəhayət bilirsiniz ki, texnologiya və
gördüyümüz bütün işlərdən
başqa insan sağlamlığı və insan həyatı
bizim üçün prioritet təşkil edir. Hər kəsin sağlamlığının
qorunması üçün gördüyünüz işlərə
görə Sizi və hökumətinizi təbrik edirik. Lakin pandemiya heç də fərq qoymur. Ona görə də biz ehtiyatlı olmalıyıq.
İkincisi, bu gün əlaqə saxlamaq
imkanına görə Sizə bir daha təşəkkür
edirik. Mən deyərdim ki, bizim
texnologiyanın bu qeyri-adi zamanda harada ən səmərəli
şəkildə istifadə oluna biləcəyini müəyyən
etmək üçün son bir neçə ayda bir çox
dünya liderləri ilə ünsiyyət saxlamaq imkanımız
olub. Bununla bağlı Sizinlə bir qədər
söhbət etmək imkanına malik olmaq istərdim.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm, çox
sağ olun. Bu yeni reallıqda sizi yenidən
görməyə çox şadam. Sizin bu
videokonfransı təşkil etmək təşəbbüsünüzü
qiymətləndirirəm. Çünki həyat
davam edir. Baxmayaraq, əlbəttə ki, bu
pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi
şəkildə müdaxilə edir, bununla belə, biz
özümüzü reallığa
uyğunlaşdırmalıyıq. Bizim
pandemiyanın öhdəsindən gəlməklə
bağlı səylərimiz barədə sözlərinizə
görə sizə təşəkkür edirəm. Həqiqətən də Azərbaycan bu mühüm
məsələnin həllində Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən nümunə
adlandırılıb. Vəziyyət nəzarət
altındadır. Eyni zamanda, biz nəinki təkcə
daxili məsələlərə diqqət yetiririk, həmçinin
qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan
artıq 29 ölkəyə humanitar yardım göstərib və
bu proses davam edir. Biz özümüzü beynəlxalq
ictimaiyyətin etibarlı üzvü kimi nümayiş
etdiririk.
Beləliklə, fəaliyyətimiz və gələcək
planlarımıza gəlincə, əlbəttə ki, əsas
diqqəti insanların koronavirusdan qorunmasına yönəltdik
və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir
göstərəcəyini aydın şəkildə başa
düşürük. Bizim bu il üçün çox
böyük perspektivlərimiz var idi və ilin birinci
rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri
ümumi daxili məhsulda kiçik azalmanın – təxminən
1,7 faiz azalmanın olduğunu göstərir.
Lakin, eyni zamanda, iqtisadiyyatın bəzi
sektorlarında, xüsusilə neft və qazla əlaqəli
olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən, bu gün biz məhdudiyyət tədbirlərini
uzlaşdırırıq, çünki COVID-19 hələ də
mövcuddur. Eyni zamanda, biz ölkəmizi
açmağa və həyatımızın müxtəlif
sahələrinin fəaliyyətini bərpa etməyə
başlayırıq. Beləliklə,
ümidvaram ki, bu balanslaşdırılmış yanaşma
bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu
mübarizəni davam etdirməyə kömək edəcək.
Eyni zamanda, biz özəl sektora, xüsusilə
pandemiyadan əziyyət çəkən sahələrə,
turizm və onunla əlaqəli sahələrin bərpasına
yardım edəcəyik.
İki il bundan əvvəl Bakıda keçirdiyimiz
görüşdən sonra əməkdaşlığımıza
gəlincə, bildiyiniz kimi, biz razılaşma
imzalamışdıq. Görüşümüzdən
əvvəl mənə məlumat verildi ki, on minlərlə
lisenziya verilib və bu məsələ hazırda uğurla
davam etdirilir. Bizim
piratçılığa qarşı birgə səylərimiz
yaxşı nəticələr verir. Gələcək
planlarımıza gəlincə, bəlkə də bilirsiniz
ki, hazırda biz rəqəmsal transformasiya üzrə
hökumət strategiyası üzərində işləyirik.
Ümidvarıq ki, bu məsələdə
"Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik.
Bu proqram növbəti 5 il
üçün planlaşdırılır. Eyni
zamanda, süni intellekt üzrə strategiyanın ətraflı
işlənib hazırlanması ilə bağlı məsələlər
də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik
hər zaman gündəlikdədir, çünki bu,
bütün ölkələrin hazırlıqlı olmalı
olduğu məsələdir. İndiyədək bizdə
belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona
görə də bu da bizim gələcəyimiz
üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin
siyahısına baxdım. Aramızdakı
əməkdaşlıq çox təsirləndiricidir və əminəm
ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı
gücləndirəcək. Həmçinin
pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur
edir ki, təhsil, distant təhsil məsələlərinə
yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə
özümüzü uyğunlaşdırmaq üçün
bizim çox vaxtımız olmadı, lakin müəyyən
addımlar atılmışdır. Çünki
bizim məktəb və universitetlərimiz mart ayından bəri
bağlanıb. Biz sentyabrın 15-dən
başlayacaq yeni tədris ilinə
hazırlaşmalıyıq. Həmin zaman
pandemiya ilə bağlı vəziyyətin necə
olacağını bilmirik, məktəb və universitetləri
aça biləcəyimizi bilmirik, ona görə də biz ən
pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə,
o zaman biz bu barədə düşünməli
olacağıq. Lakin indi bu barədə
düşünmək lazımdır. Həmçinin
distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir.
Təxminən bunlar bizim planlarımızda diqqətimizi
cəmlədiyimiz sahələrdir.
Filip Roq:
Təşəkkür edirəm. Düşünürəm
ki, bu, bizim əməkdaşlıq etdiyimiz əksər
dünya ölkələrinin üzləşdiyi təcrübəyə
və hazırkı mövqeyimizə uyğun gəlir. Təhsil mövzusuna gəlincə, zənnimcə,
bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi.
O mənada ki, biz Sizin təxminən 1
milyon tələbəniz üçün əlaqə qura
bilmişik. Düşünürəm ki, o vaxta
kimi onların gələcəyinə heç nəyin mane
olmamasını təmin etmişik və xoşbəxtlikdən
biz evdəyik. Aydındır ki, bu, gələcək
üçün vacib investisiyadır. Komandalarımız
və tərəfdaşlarımızın mümkün qədər
tez müddətdə, bir neçə həftə ərzində
hər kəsi əlaqələndirmək üçün
sizin nazirlikdəki təhsil işçiləri ilə
apardığı işdən qürur duyuram.
Digər ölkələrdə üzləşdiyimiz
problem ondan ibarətdir ki, evlərdəki qurğuların
sayı məhduddur. Anlayıram ki, bu, sizdə problem deyil.
Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər
qurğular əldə etmək üçün çətinlik
yaşayıblar. Ana, ata və uşaqlar
evdədirlər və kompüterdən istifadə uğrunda
mübarizə aparılır. Lakin
görünür, sizdə bu problem yoxdur və bu,
yaxşı xəbərdir.
Filip Roq
"Microsoft”un evdən işləmə təcrübəsi
barədə məlumat verərək bildirdi ki, təmsil etdiyi
şirkət bir çox ölkələrdə bu cür həll
yollarının tətbiqini həyata keçirib və tələb
olunan zaman insanların infrastruktura təhlükəsiz
çıxışını təmin etmək
üçün virtual iş masalarının
yaradılması ilə çıxış edib. Kibertəhlükəsizlik məsələsinə
toxunan Filip Roq qeyd etdi ki, pandemiya dövründə
kiberhücumların sayı artıb. "Microsoft”un
vitse-prezidenti bu cür hücumların
qarşısının alınması istiqamətində
şirkətin gördüyü işlərdən
danışdı. Filip Roq "bulud hesablamaları” barədə
də danışdı, onun səmərəsi və əhəmiyyəti
haqqında məlumat verdi. Vurğuladı
ki, bu texnologiya artıq bir çox ölkələrdə
istifadə olunur. Filip Roq məmnunluqla
bildirdi ki, "Microsoft” şirkətinin süni intellekt
platforması Azərbaycan dilini də tezliklə dərk edəcək.
O qeyd etdi ki, bu gözəl xəbəri çatdırmaqdan məmnunluq
hissi keçirir. Vurğuladı ki, Azərbaycan
dilində tərcümə xidmətinin istifadəyə verilməsini
səbirsizliklə gözləyir.
Bunun
iqtisadiyyatın qloballaşmasında, onlayn və oflayn
iqtisadiyyatın aparılmasında, turizmin inkişafında
rolunu vurğulayan "Microsoft” şirkətinin vitse-prezidenti
Filip Roq dedi:
-Bu
texnologiya, həmçinin qlobal bazara daxil olmaq
üçündür. Çünki "bulud
hesablamaları” elə bir qlobal bazar ərazisidir ki, buraya hər
kəsin çıxışı var. Səmərəli
olaraq Azərbaycandan ən yaxşı istedadlı insanlar
qlobal bazarda rəqabət apara bilərlər, onların həqiqi
"bulud hesablamaları” üzrə iqtisadi gücə malik
olması üçün San Fransiskodan, Silikon Vadisindən fəaliyyət
göstərməsinə lüzum yoxdur. Hesab
edirəm ki, əsaslı dəyişikliyin arxasında iqtisadi
imkanlar durur. Mənim təklifim bu məsələləri
düşünmək, bizim birlikdə insanların rəqəmsal
bacarıqları üzrə proqramları, startapları, istər
geniş mənada, istərsə də startap mənasında
necə irəli aparmağımızı nəzərdən
keçirməkdən ibarətdir. Hesab
edirəm ki, çoxlu imkanlar mövcuddur.
Sonra Azərbaycanın
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
Ramin Quluzadə çıxış edərək dedi:
-Cənab
Prezident, hörmətli həmkarlar, biz "Microsfot”la
bütün sahələrdə, xüsusilə açıq
açar infrastrukturu ilə mübarizə, kibertəhlükəsizlik,
informasiya texnologiyalarının təhsildə tətbiqi və
internet əşyalar texnologiyası və kadrların təlimi
kimi sahələrdə sıx əməkdaşlıq edirik.
Sizin göstərişinizə müvafiq olaraq, cənab
Prezident, biz hökumət agentlikləri üçün
lisenziyalı proqram təminatını almaq məqsədilə
2018-ci ildə müqavilə imzaladıq. Biz
şirkətin Azərbaycandakı nümayəndəliyi ilə
görüşlər keçirdik, yeni təklifi və yeni
layihələrin inkişafını müzakirə etdik.
Diqqətiniz üçün təşəkkür
edirəm.
Daha sonra
çıxış edən Prezidentin köməkçisi
Şahmar Mövsümov dedi:
-Çox
sağ olun, cənab Prezident. Hesab edirəm ki, "Microsoft” şirkəti ilə
çox yaxşı əməkdaşlıq qurmuşuq.
Hazırda biz innovativ yanaşmalar əsasında iqtisadi
inkişafa nail olmaq üçün Azərbaycanın
innovasiya strategiyası üzərində işləyirik. Biz bu məsələdə də "Microsoft”
şirkəti ilə əməkdaşlıq edirik. Biz "Microsoft” şirkətini daha da fəal
olmağa çağırırıq. Hesab
edirik ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi
olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq
məqsədilə böyük potensialı var. Bu məsələdə
biz "Microsoft” şirkətinin fəal iştirakını
yüksək qiymətləndiririk. Çox sağ olun, cənab Prezident.
Prezident
İlham Əliyev: Həmçinin onu qeyd etmək istəyirəm
ki, Azərbaycan artıq sənaye inqilabı üzrə
regional mərkəzə çevrilir. Bu dəfə
Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən
Davosun Dördüncü Sənaye İnqilabı üzrə
Regional Mərkəzinin Bakıda yaradılması ilə
bağlı sənədi imzaladıq. Beləliklə,
bu mərkəz nəinki təkcə Azərbaycanı, region
ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim
üçün daha da irəliləmək və sizinlə
innovasiya mərkəzi üzərində çalışmaq
təbii olardı. Bizim əsas
strategiyamız sizin də bildiyiniz kimi, karbohidrogen
ehtiyatlarından asılılığı azaltmaq və
innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında
dayanıqlı inkişafa nail olmaqdır. Buna
görə düşünürəm ki, bu məsələ
üzərində birgə çalışmağımız
əməkdaşlığımızı gücləndirə
bilər.
"Microsoft”
şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə
"Multicountry” klasterinin baş meneceri Anke den Ouden Azərbaycanın
müvafiq nazirlikləri ilə əməkdaşlıqdan
danışdı, təmsil etdiyi şirkət tərəfindən
hazırlanan innovasiyalar barədə məlumat verdi.
"Teams”
proqramının təhsil işçiləri, eyni zamanda,
müəllimlər üçün çox faydalı
olduğunu vurğulayan Anke den Ouden dedi:
-Biz nəinki
Azərbaycan dilinin dəstəklənməsinə sadiqik, eyni
zamanda, "Teams” proqramının məlumatlarının dəstəklənməsini
də öz öhdəliyimiz kimi görürük. Siz təhsil sahəsində ən innovativ ölkələrdən
birisiniz. Biz bu işi davam etdirmək istərdik.
Arxa fonda Azərbaycan məkanları,
gözəl landşaft, şəhər mənzərələri
var. Yaxşı şəkil çəkmək olardı.
"Microsoft Azərbaycan” şirkətinin baş meneceri Qaçay Mirzəyev ölkəmizdə şirkət tərəfindən həyata keçirilən işlərə toxundu. Vurğuladı ki, "Microsoft Azərbaycan” şirkəti öhdəlikləri milli strategiyaya uyğun həyata keçirir.
Filip Roq: Təşəkkür edirəm cənab Prezident, vaxt ayırdığınıza və dəstəyinizə görə minnətdaram. Bu, bizim üçün imkandır. Biz hamımız gələcək imkanları səbirsizliklə gözləyirik və işi davam etdirmək əzmində olan komanda kimi bilirik ki, çoxlu imkanlar var. Hər şeydən əvvəl biz Bakıya qayıtmağı həqiqətən də səbirsizliklə gözləyirik. Mən, həmçinin ötən həftə təəssüf ki, Formula 1 Qran-Prisinin başa düşülən səbəblərdən baş tutmayacağını oxuyanda kədərləndim. Ən azı sizdə virtual Qran-Pri oldu və mən onu gördüm. Sizə səhiyyə sahəsində, iqtisadi sahədə uğurlar arzulayıram, investisiya yatırılmasının davam etdirilməsində və sabahın transformasiyası üçün yol xəritəsinin yaradılmasında yardımımıza arxalanın. Biz Sizin sərəncamınızdayıq və bizim imkanlardan məqsədəuyğun saydığınız kimi istifadə edin. Biz Sizin üçün buradayıq.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bu videobağlantıya görə təşəkkür edirəm. Bu, 2018-ci ildə Bakıda keçirilmiş görüşümüzdən sonra görülmüş işlərə nəzər salmaq və gələcək addımları planlaşdırmaq üçün yaxşı imkandır. Düşünürəm, artıq 15 ildən çoxdur ki, "Microsoft” Azərbaycanda fəaliyyətə başlayandan bu yana davam edən tərəfdaşlığın böyük potensialı və böyük gələcəyi var. Biz qarşıdakı uzun illərdə tərəfdaş olacağıq. Bir daha təşəkkür edirəm. Sizi görməyə məmnun oldum. Sizə uğurlar arzulayıram. Pandemiyadan sonra sizi Bakıda görməyə ümid edirəm.
Filip Roq: Mütləq. Şəxsən təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkür
edirəm.
Azərbaycan.-2020.- 17 iyun.- S.1-2.