Azərbaycan sənaye inqilabı üzrə regional mərkəzə çevrilir

 

Prezident İlham ƏLİYEV: "Bizim əsas strategiyamız karbohidrogen ehtiyatlarından asılılığı azaltmaqinnovasiyalar, yeni texnologiyalarmüasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır”

 

Azərbaycanla sıx əməkdaşlıq edən dünya şöhrətli şirkətlərdən biri də "Microsoftdur. Əvvəllər şirkət rəhbərliyinin Prezident İlham Əliyevlə, eləcə də hər iki tərəfin mütəxəssislərinin bir-biri ilə görüş və söhbətləri də olub. Bu dəfəki görüş isə dünyada yaranmış pandemiya vəziyyəti ilə əlaqədar videokonfrans şəklində keçirilib.

Prezident İlham Əliyev və "Microsoftun vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və digər nümayəndələri arasında keçirilən videokonfrans sözügedən şirkətin təşəbbüsü ilə təşkil olunub. Tədbirdə toxunulan mövzulardan birincisi, təbii ki, koronavirus pandemiyası ilə mübarizə məsələsi olub. Filip Roq ölkəmizdə bu istiqamətdə aparılan çoxşaxəli işi yüksək dəyərləndirib.

Prezident İlham Əliyev buna görə təşəkkürünü bildirərək deyib: "Baxmayaraq, əlbəttə ki, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə biz özümüzü reallığa uyğunlaşdırmalıyıq. Bizim pandemiyanın öhdəsindən gəlməklə bağlı səylərimiz barədə sözlərinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də, Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır. Eyni zamanda biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk”.

Daha sonra qeyd edilib ki, ölkəmizin bu il üçün böyük perspektivləri var idi ilin birinci rübü çox ümidverici idi. Lakin beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın - təxminən 1,7 faiz azalmanın olduğunu göstərir. Bununla belə iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən məhdudiyyət tədbirləri uzlaşdırılır, çünki COVID-19 hələ mövcuddur. İqtisadiyyatın sosial həyatın müxtəlif sahələrinin fəaliyyətinin bərpa edilməsinə başlanıb.

Xatırladaq ki, ölkəmiz "Microsoft”la bir çox sahələrdə, o cümlədən açıq açar infrastrukturu ilə mübarizə, kibertəhlükəsizlik, informasiya texnologiyalarının təhsildə tətbiqi internet əşyalar texnologiyası kadrların təlimi kimi sahələrdə sıx əməkdaşlıq edir. Şirkətin Azərbaycanda nümayəndəliyi uğurla fəaliyyət göstərir.

Gələcək planlara gəlincə isə videokonfransda bildirilib ki, hazırda Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənir və bu məsələdə ölkəmizin "Microsoftla yaxşı əməkdaşlıq edə biləcəyinə böyük ümid var. Dövlət başçısı bu proqramın növbəti 5 il üçün planlaşdırıldığını deyib: "Eyni zamanda süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq”.

Təhsil mövzusundan bəhs edilərkən F.Roq "Microsoftun Azərbaycanın təxminən 1 milyon tələbəsi üçün əlaqə qura bildiyini söyləyib. Həmçinin bildirib ki, digər ölkələrdə üzləşdiyi problem evlərdəki qurğuların sayının məhdud olmasıdır: "Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, atauşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdurbu, yaxşı xəbərdir”.

Filip Roq "Microsoftun evdən işləmə təcrübəsi barədə də ətraflı məlumat verib. O, bildirib ki, təmsil etdiyi şirkət bir çox ölkələrdə bu cür həll yollarının tətbiqini həyata keçirib və tələb olunan zaman insanların infrastruktura təhlükəsiz çıxışını təmin etmək üçün virtual masalarının yaradılması ilə çıxış edib. Kibertəhlükəsizlik məsələsinə toxunaraq isə qeyd edib ki, pandemiya dövründə kiberhücumların sayı artıb və "Microsoftbu cür hücumların qarşısının alınması istiqamətində geniş aparır.

Daha bir yenilik odur ki, "Microsoftun süni intellekt platforması Azərbaycan dilini də tezliklə dərk edəcək və Azərbaycan dilində tərcümə xidmətinin istifadəyə verilməsini şirkətin özü də səbirsizliklə gözləyir.

Videokonfrans zamanı vurğulandı ki, Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Əsas strategiya karbohidrogen ehtiyatlarından asılılığı azaltmaqinnovasiyalar, yeni texnologiyalarmüasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Bu məsələ üzərində çalışmaq "Microsoftla 15 ildən çoxdur davam edən əməkdaşlığımızı daha da gücləndirəcək.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 18 iyun.- S.1;7.