Birinci vitse-prezident Mehriban
Əliyeva tibb işçilərini
peşə bayramı münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı paylaşım edib.
AZƏRTAC
xəbər verir ki, paylaşımda deyilir: "Bu gün – 17
iyun ölkəmizdə Tibb İşçilərinin Peşə
Bayramı Günü qeyd olunur. Səhiyyə
sahəsində çalışan hər kəsi bu əlamətdar gün
münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Əminəm ki, bu gün bütün vətəndaşlarımız
sizə sonsuz təşəkkür və
səmimi minnətdarlığını bildirmək istərdi.
Axı, koronavirus pandemiyası ilə
mübarizədə əsas yük sizin üzərinizə düşüb.
Biz bir daha
sizin peşəkarlığınıza əmin
olduq. Biz sizin fədakarlığınızın, səxavətinizin
və qəhrəmanlığınızın şahidi olduq. Siz öz doğma
və yaxınlarınızdan uzaqda həyatınızı
riskə ataraq xəstəliyi yenməyə
kömək edir, həyatları xilas edir, insanlara
inam və ümid bəxş
edirsiniz. Sizin gündəlik
zəhmətiniz, peşə borcunuza sadiqliyiniz, pasiyentlərə xoş
münasibətiniz, şəfqət və mərhəmətiniz
ən yüksək qiymətə layiqdir! Sizin hər birinizə hünər, dözüm və ən əsası
cansağlığı arzulayıram!”.
Azərbaycan.-2020.- 18 iyun.- S.1.