Ermənistanda siyasi terror güclənir

 

Paşinyanın qurduğu totalitar inqilabi diktaturaya Qərb təşkilatları səssiz yanaşırlar

 

Son dövrlərdə Ermənistanda baş verənlərin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Söhbət faktiki olaraq güc yolundan, şantajdan istifadə edərək hakimiyyətin zorla əldə saxlanılmasından gedir. Ölkədə cərəyan edən son hadisələr bir daha göstərir ki, populizmə üstünlük verən, xalqın emosional əhvalından istifadə edən Paşinyan hakimiyyətə gəldikdən sonra siyasi kursu daha da despotik şəkildə davam etdirir. Məsələ bundadır ki, Paşinyan rüşvətxorluğa, bürokratiyaya qarşı "müharibəelan olunduğunu iddia etsə , əslində, müharibə onun siyasi rəqiblərinə qarşı aparılır. Ölkədə siyasi repressiyaların təqiblərin genişlənməsi müşahidə edilir.

Son olaraq işğalçı ölkədə vəziyyətin gərginləşməsinə səbəb isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) "Çiçəklənən ErmənistanPartiyasının sədri Qaqik Tsarukyana qarşı üç maddə üzrə cinayət işi açması parlament tərəfindən onun deputat toxunulmazlığının ləğv edilməsidir. Q. Tsarukyanın həbs ediləcəyi istisna olunmur. Partiya sədrinin məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Elə bu da Paşinyanın indidən diktatora çevrildiyini aydın surətdə nümayiş etdirir.

Bu gün Ermənistanda sosial-iqtisadi, eləcə ictimai-siyasi müstəvidə xaotik vəziyyət davam edir. Əvvəla, real durum koronavirusun ölkəni diz çökdürdüyünü göstərir. Bunu "Çiçəklənən ErmənistanPartiyasının deputatı Mikayel Melkumyan da xüsusi olaraq qeyd edir: "Koronavirus vəziyyətinin qeydə alınmasına qədər bu ölkədə iqtisadi inqilab olduğu bildirilirdi, ancaq həyat bunun nəticəsində hər hansı müqavimət olmadığını göstərdi”.

O qeyd edib ki, iqtisadi siyasət bu templərlə davam edərsə, avqustda ölkədə tamamilə kollaps vəziyyət olacaq. Deputat bu durumda "Çiçəklənən ErmənistanPartiyasının onun liderinin hədəf olmasını da fəlakətli hal sayıb.

Ermənistanın üçüncü prezidenti, Respublika Partiyasının sədri Serj Sarkisyan da Avropa Xalqları Partiyasının "Şərq Tərəfdaşlığıliderlərinin videokonfransında çıxışı zamanı siyasi virusa yoluxmuş Nikol Paşinyan hakimiyyətinin səriştəsiz idarəetməsi populizmindən danışıb. Sarkisyan koronavirus pandemiyası kontekstində ölkədə səhiyyə sosial-iqtisadi sahədə son dərəcə təhlükəli vəziyyətin yarandığını bildirib. Sabiq prezident vurğulayıb ki, Ermənistan hakimiyyətinin siyasi virusa yoluxmuş populizmi nəticəsində səriştəsiz idarəçiliyi ölkədə təhlükəli daxili siyasi vəziyyət yaradıb. O, eyni zamanda Ermənistanla Avropa İttifaqı arasında 2017-ci ildə imzalanmış tərəfdaşlıq sazişinin yerinə yetirilməsində hazırkı hakimiyyətin heç bir təsirli addım atmadığını deyib.

Həqiqətən , Ermənistanın baş naziri Nikol Paşinyan COVID-19-a qarşı mübarizədə aciz olduqlarını müxtəlif açıqlamalarla bildirib. Onun "indi cəhənnəmdə addımlayırıqifadəsi ölkədə koronavirusla bağlı yaranmış vəziyyəti tam əks etdirir. Ölkə beynəlxalq ictimaiyyətdən yardım istəyib.

Müxalifət vətəndaş cəmiyyəti isə Nikol Paşinyanın pandemiya ilə mübarizəsinə inanmır. Onlar hesab edirlər ki, hökumət başçısı fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı dəyənək kimi istifadə edir. Məhz elə bu fonda Ermənistan parlamentinin iyunun 16-da qəbul etdiyi qərarla "Çiçəklənən ErmənistanPartiyasının sədri, milyonçu siyasətçi Qaqik Tsarukyan deputat toxunulmazlığından məhrum edildi.

Bundan əvvəl isə Tsarukyan parlamentdə çıxış edəndə hökuməti hədələmişdi: "Narazılıq artır, bütün bunlar 1-2 aya başa çatacaq”. O, çıxışında Nikol Paşinyanın başçılıq etdiyi hakim "Mənim addımımPartiyasını ittiham edib. Vurğulayıb ki, hökumət başçısı inqilab zamanı verdiyi vədləri yerinə yetirməyib: "Paşinyan əməkdaşlıq etməyə razılıq vermədi. İnvestisiya siyasətini koronavirusa qarşı mübarizəni uğursuzluğa düçar etdi”. O, paşinyançıların inqilabının artıq sonunun gəldiyini bildirib.

Nikol Paşinyan isə koronavirusla bağlı yaranmış fövqəladə vəziyyət rejimindən istifadə edərək milyonçu deputat sahibkara zərbə endirdi. Ermənistanın baş naziri indi deyir ki, "Çiçəklənən ErmənistanPartiyasının üzvlərinə Qaqik Tsarukyanın qohumlarına qarşı cinayət işləri 2018-ci ildə açılıb. O, çıxışı zamanı Tsarukyanın partiyasının bağlanması ehtimalına da eyham vurub: "2017-ci ildə sistemli şəkildə rüşvət paylanmasında, saxtalaşdırmada iştirak edən partiyaların buraxılmasına dair qanun layihəsi hazırlanmışdı. Bu qanun layihəsini geri qaytarmaq belə partiyaları qadağan etmək barədə düşünmək lazımdır”.

Xatırladaq ki, Tsarukyanın adı daha 3 cinayət işində hallanır. Birinci seçki saxtakarlığı ilə bağlıdır. O, 2017-ci ilin aprelində keçirilən parlament seçkiləri zamanı seçicilərin səsini rüşvətlə almaqda, gizli səsverməni pozmaqda ittiham olunur. Bu saxtakarlığın iştirakçısı olmaqda şübhəli bilinən 250 nəfər polis bölməsinə aparılıb. Partiya sədri Ermənistanın Qeqarkunik vilayətində özünün və başçılıq etdiyi blokun xeyrinə 17 min 194 seçicinin bülleteninə 355 min 200 ABŞ dolları xərcləyib. İkinci vergidən yayınmaqla bağlıdır. Bu milyonçu deputat biznes fəaliyyəti ilə məşğul olduğu müddətdə dövlət büdcəsindən 60 milyon ABŞ dolları gizlədib. Tsarukyana qarşı üçüncü ittiham isə qanunsuz yolla torpaq zəbt etməkdir. O, bu əməli ilə dövlətə 685 min ABŞ dolları ziyan vurub.

Beləliklə Paşinyan Ermənistanda rəqiblərini sıxışdırır. Burada qeyd edək ki, populist çıxışları ilə tanınan Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra onun "demokratiya” adı altında ölkənin tanınmış siyasiictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi hər kəsə məlumdur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları hətta "asfalta uzatmaqla” hədələyir.

Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir. Ölkədə faktiki olaraq siyasi repressiyalar həyata keçirilir. Ekspertlər bildirirlər ki, Ermənistanda totalitar inqilabi diktatura qurulub. Amma Tsarukyanla bağlı son hadisələr fonunda "azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi də diqqətdən yayınmır. Məsələn, ABŞ Dövlət Departamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri hələ də məsələyə laqeyd yanaşırlar.

Bəzi ekspertlər hesab edirlər ki, Paşinyana qarşı sərgilənən bu mövqenin arxasında onun amerikalı iş adamı Corc Soros tərəfindən dəstəklənməsi də müəyyən rol oynayır. Bu durumda Paşinyan siyasi rəqiblərini güc yolu ilə sıradan çıxarmaqda davam edir. Prosesin getdikcə daha gərgin vüsət alması da tamamilə gözləniləndir.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 19 iyun.- S.1;7.