Birləşmiş Millətlər
Təşkilatının Baş
Assambleyasının yeni seçilmiş
SədriZati-aliləricənab Volkan
Bozkıra
Hörmətli cənab Bozkır,
Birləşmiş Millətlər Təşkilatının yaranmasının 75 illik yubileyi ərəfəsində Baş Assambleyanın Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
BMT sistemi tarixində qardaş Türkiyə Respublikasının nümayəndəsinin belə yüksək vəzifəyə seçilməsi bizi olduqca sevindirir.
Azərbaycan Respublikası həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində Sizinlə yaxından əməkdaşlıq etməyə, əlaqələrimizi hərtərəfli genişləndirməyə hazırdır.
Əminəm ki, Sizin diplomatiya sahəsindəki peşəkarlığınız, çoxillik təcrübəniz Baş Assambleyanın qarşısında duran vəzifələrin icrasına mühüm töhfə verəcək, dünyada multilateralizmin inkişafına xidmət edəcəkdir.
Fürsətdən
istifadə edərək Sizə möhkəm
cansağlığı və xoşbəxtlik,
qarşıdakı məsul işinizdə uğurlar
arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 iyun 2020-ci il.
Azərbaycan.-2020.- 18 iyun.- S.1.