"Azərbaycan-Türkiyə
dostluq və qardaşlıq münasibətləri birgə səylərimizlə
uğurla davam edəcəkdir"
Türkiyə
Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb
Tayyib Ərdoğana
Hörmətli cənab Prezident, Əziz Qardaşım.
Qardaş Türkiyə Respublikasının nümayəndəsi cənab Volkan Bozkırın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri vəzifəsinə seçilməyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyiniz altında həyata keçirilən Türkiyə diplomatiyasının ardıcıl və uğurlu fəaliyyəti sayəsində ölkəniz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Şəxsi təşəbbüsünüzün nəticəsində BMT sistemi tarixində Türkiyə nümayəndəsinin ilk dəfə belə mühüm vəzifəyə seçilməsi xəbəri bizi olduqca sevindirdi.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri birgə səylərimizlə çoxtərəfli müstəvidə də uğurla davam edəcəkdir.
Bu
xoş fürsətdən istifadə edərək Sizə
möhkəm cansağlığı, işlərinizdə
müvəffəqiyyətlər, qardaş Türkiyə
xalqına daim rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 iyun 2020-ci il.
Azərbaycan.-2020.- 18 iyun.- S.1.