Rusiya və Azərbaycan
prezidentləri sərhəddə yaranmış vəziyyətlə
bağlı fikir mübadiləsi
aparıblar
İyunun 18-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinə telefonla
zəng edib.
Dövlətimizin başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması
ilə əlaqədar
Moskvada Qələbənin
75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən
planlaşdırılmış iştirakının mümkün
olmadığını təəssüf
hissi ilə bildirib və qeyd edib ki,
ölkəmiz bu tədbirdə Müdafiə
naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.
Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını
qeyd edərək, telefon zənginə görə təşəkkürünü
bildirib.
Dövlət başçıları Rusiya-Azərbaycan
sərhədində yaranmış
vəziyyətlə bağlı
fikir mübadiləsi aparıblar.
Prezident
İlham Əliyev bildirib ki, onun
Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından
ötən dövr ərzində Samur keçid məntəqəsindən
700-ə yaxın, bütövlükdə
bir ay ərzində isə quru və
hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı
Rusiyadan ölkəmizə
gətirilib.
Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə
vəziyyətin tənzimlənməsi
ilə əlaqədar
əlavə tapşırıqların
verilməsi barədə
razılaşıblar.
Azərbaycan.-2020.-
18 iyun.- S.1.