Rusiya Federasiyası Tatarıstan
Respublikasının Prezidenti
Rüstəm Minnixanovdan
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə tatarıstanlıların
və şəxsən
mənim ən səmimi təbriklərimi
qəbul edin. Sizə və
Azərbaycan dövlətinin
bütün vətəndaşlarına
əsl bayram əhval-ruhiyyəsi, nikbinlik,
möhkəm cansağlığı
və xoşbəxtlik
arzu edirik.
Qoy Azərbaycan
xalqının birliyi,
ruh yüksəkliyi, əməksevərliyi Sizin
gözəl ölkənizin
sabitliyinin və gələcəyə inamının,
bu gün planetimizdə yaranmış
mürəkkəb vəziyyətin
uğurla nizamlanmasının
rəhni olsun.
Əminəm ki, bu gün qlobal çağırışlar qarşısında
dünyanın bütün
xalqlarının səylərini
birləşdirmək xüsusilə
vacibdir və ümidvaram ki, biz bundan sonra da
Rusiya-Azərbaycan strateji
münasibətlərinin dərinləşməsi,
bütövlükdə beynəlxalq
sülhün və qarşılıqlı anlaşmanın
möhkəmlənməsi naminə
Tatarıstan ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığın
inkişafı üçün
birlikdə fəal səy göstərəcəyik.
Dərin hörmətlə,
Rüstəm Minnixanov
Rusiya Federasiyası Tatarıstan
Respublikasının Prezidenti.
Azərbaycan.-2020.-
18 iyun.- S.2.