“Tarix və
mədəniyyət abidələrinin qorunması haqqında”
və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci və 13-cü bəndlərini
rəhbər tutaraq,
"Reklam haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 5 mart tarixli 1523-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 365; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 11, maddə 1072; 2010, ¹ 3, maddə 168; 2012, ¹ 11, maddə 1057; 2013, ¹ 11, maddə 1313; 2015, ¹ 11, maddə 1279; 2017, ¹ 2, maddələr 141, 160; 2018, ¹ 6, maddə 1157, ¹ 11, maddə 2192) 1-ci maddəsinin yeddinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində "Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”.
Maddə 2. "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 1, maddə 2, ¹ 8, maddə 415; 2004, ¹ 8, maddə 598; 2007, ¹ 11, maddə 1053; 2011, ¹ 6, maddə 483; 2017, ¹ 1, maddə 5; 2019, ¹ 2, maddə 180, ¹ 4, maddə 578) 7.1-1-ci maddəsinin ikinci cümləsində "kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox” sözləri "böyük” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2020-ci il
Azərbaycan.-2020.-
19 iyun.- S.3.