“Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Kimyəvi silahın
hazırlanması, istehsalı,
artırılması (yığılması)
və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 1, maddə
46; 2018, ¹ 7 (I kitab), maddə
1492; 2019, ¹ 3, maddə 414, ¹ 7, maddə 1247, ¹ 10, maddələr
1580, 1592; 2020, ¹ 2, maddə 109; Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 20
may tarixli 1031 nömrəli
Fərmanı) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti haqqında Əsasnamə”də dəyişiklik
təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun
2020-ci il
Azərbaycan.-2020.-
19 iyun.- S.3.