“Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı” adlı kitab nəşr edilib

 

 

Avropa və Asiyanın qovşağında yerləşən, əsrlərdir müxtəlif mədəniyyətlərin, dinlərin beşiyinə çevrilən Azərbaycan müstəqillik qazandıqdan sonra da ölkə ərazisində məskunlaşan xalqların, milli azlıqların və müxtəlif etnik qrupların mədəni inkişafının təmin olunmasında, ölkədə mövcud olan multikultural, tolerant mühitin qorunub saxlanılmasında mühüm addımlar atmışdır. Bu rəngarənglik ölkənin ictimai-siyasi, mədəni həyatına da mühüm təsir göstərmiş, müxtəlif sahələrin inkişafında öz töhfələrini vermişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda mövcud olan bu etnikdini müxtəlifliyi milli sərvətimiz kimi dəyərləndirmişdir. Hazırda ölkəmiz tolerantmultikultural mühitin qorunmasına görə dünya ölkələrinə örnək olacaq bir mövqedə dayanmaqdadır. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, milliyyətindən asılı olmayaraq, Azərbaycan xalqının hər zaman mehriban bir ailə, dost, qardaş kimi yaşamaq ənənələrini daha da möhkəmləndirmişdir. Ölkənin milli siyasəti Azərbaycanda yaşayan müxtəlif millətlərin, etnik qrupların və fərqli dinlərin nümayəndələrinin birgəyaşayış və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilmişdir. Ölkə qanunları mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Əsas məskunlaşma prosesi çar Rusiyası dövründən başlayaniki əsrdən bəri ölkəmizdə yaşayan almanlar da buranı özlərinə doğma ana qucağı bilmiş və günümüzə qədər öz mədəni irslərini qoruyub saxlamışlar. Azərbaycan xalqı ilə hər zaman qardaşlıq, dostluq şəraitində yaşayan almanlar İkinci Dünya müharibəsinin başlanması nəticəsində Azərbaycandan kənara sürgün edilmişlər. Lakin onlar özlərindən sonra ölkəmizin müxtəlif guşələrində dərin izlər qoymuşlar. Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi münasibəti ilə 30 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalamışdır.

Bununla bağlı ölkədə bir sıra tədbirlər həyata keçirilmişdir. Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə nəşr olunmuş "Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı” adlı kitabda da qədim zamanlardan bəri ölkəmizdə məskunlaşmış almanların həyatlarının müxtəlif mərhələləri göstərilmiş, alman mədəniyyətinin inkişaf etdirilməsi üçün yaradılan tolerant mühit, onların həyat tərzi, yerli əhali ilə dostluq münasibətləri qələmə alınmışdır.

Əvvəlcə qeyd etmək lazımdır ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab üç dildə - Azərbaycan, almanrus dillərində yazılmışdır. Kitabda tarixi mənbələrə istinad edilərək almanların Cənubi Qafqaza köçürülmə səbəbləri, Azərbaycanda yaranmış böyük koloniyalar haqqında məlumat verilmişdir.

Kitabda, eyni zamanda öz mənfur siyasətlərini həyata keçirtmək üçün təkcə türk xalqına və müsəlmanlara deyil, eləcə də digər xalqlara və dinlərin nümayəndələrinə, o cümlədən alman xalqına qarşı da düşmən mövqe tutan ermənilərin zorakı davranışları, cinayətləri qələmə alınmışdır. Kitabda qeyd edildiyi kimi, erməniləri almanlara qarşı təcavüzə sövq edən əsas iki amil mövcud idi: birincisi, erməni-azərbaycanlı münaqişəsində almanların erməni quldurlarını dəstəkləməməsi və hətta bəzi hallarda azərbaycanlıları müdafiə etməsi; ikincisi, ermənilərin almanları öz yaşayış yerlərindən qovmaq, onların yüksək səviyyəyə malik təsərrüfatlarını, evlərini, geniş torpaq sahələrini, sənaye obyektlərini ələ keçirmək niyyəti.

Bununla yanaşı, kitabda XX əsrin əvvəllərində sovet Rusiyasının alman əhalisinin aktiv hissəsini məhv etməyə yönəlik siyasəti nəticəsində repressiyaya məruz qalmış azərbaycanlı almanlar haqqında da materiallara yer verilmişdir. Kitabda, eyni zamanda alman təhsil sistemi, almanların öz dini etiqad azadlıqlarını qoruyub saxlamaları üçün onlara ölkəmizdə yaradılmış şərait haqqında oxucu kütləsinə geniş məlumat çatdırılmışdır. Ölkəmizdə yaşayan almanların sərbəst şəkildə ibadət etmələri üçün icmalarını formalaşdırmağa, həmçinin ibadət yerlərinin tikilisinə icazə verilməsinə şərait yaradılmışdır. Onu da qeyd etmək lazımdır ki, kitabda yerli əhali ilə almanlar arasında mövcud olan dostluq, yardımlaşma kimi münasibətlər işıqlandırılmışdır. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhət kimi qeyd edilmişdir. Belə ki, ibadət ocaqlarının tikilməsində Azərbaycan əhalisi - milyonçular, eyni zamanda sadə camaat yaxından iştirak edərək ianələr toplamışlar. Ölkənin bir çox bölgələrində almanlara ibadət və təhsil ocaqlarının tikilməsində kömək göstərilmişdir.

Neft sənayesinin inkişafı ilə bağlı Azərbaycana müxtəlif ölkələrdən memarlar, sənətkarlar və digər sənət sahibləri köç edirdi. Köç edənlər arasında öz yüksək memarlıq bacarıqları ilə bir çox layihələrə imza atmış almanlar da var idi. Bütün bunlar Azərbaycanda memarlığın inkişafında yeni eranın başlamasına gətirib çıxartmışdır. Həmin dövrdə tikilən memarlıq incilərinin çoxu günümüzə qədər gəlib çıxmış və tarixi abidə kimi qorunmaqdadır. Bütün bu qeyd olunanlarla yanaşı, kitabda alman memarları və onların əsərləri haqqında da məlumatlar verilmişfotolar paylaşılmışdır.

Hazırda ölkəmizdə yüzlərlə alman yaşayır. Ölkədə əsrlər boyu formalaşmış multikulturaltolerant mühitin qorunub saxlanması istiqamətində dövlət uğurlu və məqsədyönlü tədbirlər həyata keçirir. Belə ki, ölkədə yaşayan bütün millətlərə, azsaylı xalqlaraetnik qruplara dövlət xüsusi dəstək və qayğı göstərir. Ölkəmizdə almanlara məxsus "Dirçəliş” mədəni-tarixi ictimai birliyi, Evangelist Lüteran Cəmiyyəti fəaliyyət göstərməkdədir. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin sərəncamı əsasında Bakıda, Şəmkirdə alman kilsələri bərpa olunmuşdur.

Bu gün Azərbaycan almanlarıın maddi və mənəvi mədəniyyətini və milli kimliyini qoruyub saxlayır, onların tarix və mədəniyyətlərinə dair ədəbiyyatlar nəşr olunur. Kitabın hazırlanması zamanı Azərbaycan tarixçilərinin əsərlərinə, arxiv materiallarına və müxtəlif mənbələrə istinad edilmişdir.

 

Rima HACIYEVA,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı

Azərbaycan.-2020.- 19 iyun.- S.7.