Azərbaycan son texnologiyaların tətbiqinə
üstünlük verir
Prezident İlham Əliyevin
bu istiqamətdə gördüyü işlər
dünyada yüksək
qiymətləndirilir
Xəbər verildiyi kimi, iyunun 16-da "Microsoft” şirkətinin
təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevlə
şirkətin vitse-prezidenti
Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgələrinin korporativ
əlaqələr və
hüquqi məsələlər
üzrə rəhbəri
Nanna-Luize Linde və "Microsoft” şirkətinin
digər nümayəndələri
arasında videokonfrans
keçirilib.
Bu gün Azərbaycan
beynəlxalq bankların
və digər maliyyə qurumlarının,
eləcə də dünyanın nüfuzlu transmilli şirkətlərinin
maraq dairəsindədir. Onların hamısı
ölkəmizlə əməkdaşlıq
etməkdən məmnundur.
Səbəbi isə dövlətimizin
başçısının dəfələrlə bəyan
etdiyi kimi, Azərbaycanda hökm sürən siyasi sabitlik və dinamik iqtisadi inkişafdır.
Koronavirus pandemiyası dünyanın
inkişaf etmiş ölkələrinin iqtisadiyyatını
çökdürdüyü halda, bu, Azərbaycanda
məhsul istehsalının
minimum şəkildə azalması
ilə müşahidə
edilir. Yəni inkişaf davam
edir, sadəcə, məhsul istehsalının
həcmi azalır.
Bununla yanaşı, ölkəmizin
kifayət qədər
valyuta ehtiyatı var və heç
bir beynəlxalq maliyyə qurumundan asılacağımız yoxdur.
Buna görə də
bu qurumlarla səmərəli və bərabərhüquqlu əməkdaşlıq
etmək imkanımız
var. Dünyanın nüfuzlu
maliyyə qurumlarının
və transmilli şirkətlərinin pandemiya
dövründə ölkəmizlə
əməkdaşlığa can atması da bununla bağlıdır.
Azərbaycanın bu səviyyəyə qalxması Prezident İlham Əliyev tərəfindən aparılan
uğurlu iqtisadi siyasətinin nəticəsidir. Xüsusilə həyata keçirilən
iqtisadi islahatlar ölkənin hərtərəfli
inkişafını təmin
edir.
Aydındır ki, xarici şirkətlər
sərmayə yatıracağı
ölkədəki mövcud
siyasi sabitliyə, kapitalın qorunmasına verilən hüquqi zəmanətə, həmçinin
iqtisadi inkişafın
perspektivlərinə diqqət
yetirirlər. Qeyd edilən faktorların
mövcudluğu xarici
sahibkarları Azərbaycan
iqtisadiyyatına sərmayə
qoymağa təşviq
edir.
Prezident
İlham Əliyev videokonfrans zamanı əsas məqsədin ölkənin hərtərəfli
inkişafı olduğunu
bildirərək demişdir:
"Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin
birinci rübü çox ümidverici idi. Lakin indi
beş ayın nəticələri ümumi
daxili məhsulda kiçik azalmanın - təxminən 1,7 faiz azalmanın olduğunu göstərir.
Lakin, eyni zamanda iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli
olmayan sektorlarda artım qeydə alınıb... Bu proqram növbəti 5 il
üçün planlaşdırılır.
Eyni zamanda süni intellekt üzrə strategiyanın ətraflı
işlənib hazırlanması
ilə bağlı məsələlər də
bizim gündəliyimizdədir.
Kibertəhlükəsizlik hər zaman
gündəlikdədir, çünki
bu, bütün ölkələrin hazırlıqlı
olmalı olduğu məsələdir. İndiyədək
bizdə belə böyük hallar olmayıb, lakin heç kim
sığortalanmayıb. Ona görə
də bu da bizim gələcəyimiz
üçün prioritetlər
sırasında qalır.
Əlbəttə, mən icra
olunmuş layihələrin
siyahısına baxdım.
Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir
və əminəm ki, bu, qarşıdakı
illərdə tərəfdaşlığımızı
gücləndirəcək”.
Dövlət başçısı çıxışı
zamanı təhsilə
xüsusi önəm verdiyini nümayiş etdirdi. Bildirdi ki, sentyabrın 15-də yeni tədris ili
başlanır. Lakin dünyada
koronavirus pandemiyasının
nə qədər davam edəcəyi bilinmir. Buna görə
ən pis ssenariyə hazırlıq
görülməlidir. Beləliklə, distant təhsilin tətbiqi qaçılmazdır.
"Microsoft”
şirkətinin vitse-prezidenti
Filip Roq dövlət başçısının
təşəbbüsü ilə bu sahədə
görülən işləri
yüksək qiymətləndirərək
demişdir: "Təhsil
mövzusuna gəlincə,
zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri
idi. O mənada ki, biz Sizin
təxminən 1 milyon
tələbəniz üçün
əlaqə qura bilmişik. Düşünürəm ki, o vaxta kimi onların gələcəyinə heç
nəyin mane olmamasını
təmin etmişik və xoşbəxtlikdən
biz evdəyik. Aydındır ki, bu, gələcək
üçün vacib
investisiyadır”.
Məlumdur ki, indi dünyada
kiberhücumlar dövlətlər
üçün böyük
təhlükə yaradır. Hər bir
ölkə bundan sığortalanmaq üçün
müvafiq tədbirlər
görür. Sözsüz ki, Azərbaycan da bu sahədə
istisna deyil. "Microsoft”un vitse-prezidenti,
həmçinin bildirdi
ki, təmsil etdiyi şirkət bir çox ölkələrdə bu cür hallarda həll yollarının tətbiqini həyata keçirir. Bu məqsədlə
tələb olunan zaman insanların infrastruktura təhlükəsiz
çıxışını təmin etmək üçün virtual iş
masalarının yaradılmasını
təmin edib.
Filip Roq, həmçinin kiberhücumların qarşısını
almaq üçün
hazırladıqları "bulud hesablamaları” sistemi haqqında da dövlət başçısına məlumat
verdi. Qeyd etdi
ki, bu sistem
səmərə və
əhəmiyyətinə görə
artıq dünyanın
bir çox ölkələrində istifadə
olunur. Şirkətin vitse-prezidenti, eyni
zamanda vurğuladı
ki, "Microsoft”un süni intellekt platforması Azərbaycan dilini də tezliklə dərk edəcək. Bu istiqamətdə əməkdaşlıq
daha da artacaq.
Prezident İlham Əliyev dünyada müasir texnologiya və innovasiyaların tətbiqinə
üstünlük verən
dövlət başçısı
kimi tanınır. Son texnologiyaları
yaradan şirkətlər
bu siyasəti yaxından izləyir və ölkəmizlə əməkdaşlığa can atır. Ona görə ki,
Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafını
yüksək texnologiya
və innovasiyalardan istifadə etməkdə görür.
Dövlət başçısı "Microsoft” şirkətinin rəhbərliyi
ilə keçirilən
videokonfransda bu barədə demişdir:
"Azərbaycan artıq
sənaye inqilabı üzrə regional mərkəzə
çevrilir. Bu dəfə
Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye
İnqilabı üzrə
Regional Mərkəzinin Bakıda
yaradılması ilə
bağlı sənədi
imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini
də əhatə edəcək. Buna görə düşünürəm
ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq
təbii olardı.
Bizim əsas strategiyamız sizin də bildiyiniz
kimi, karbohidrogen ehtiyatlarından asılılığı
azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik
əsasında dayanıqlı
inkişafa nail olmaqdır”.
Rüstəm
KAMAL
Azərbaycan.- 2020.- 20 iyun.- S. 1; 4.