Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin
3-cü bəndinə uyğun
olaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının
Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı
dəyişikliklər edilsin:
1. Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki
Babək qəsəbəsinə
şəhər statusu
verilsin, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilsin.
2. Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki
Cəhri kəndinə
qəsəbə statusu
verilsin, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.
3. Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki
Nehrəm kəndinə
qəsəbə statusu
verilsin, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə
inzibati ərazi dairəsi hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun
2020-ci il
Azərbaycan.- 2020.- 20 iyun.- S. 2.