Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
21-ci və 23-cü bəndlərini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə
797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12,
maddə 1539; 2015, ¹ 3, maddə
259, ¹ 6, maddə 689, ¹ 12, maddə
1436; 2016, ¹ 2 (II kitab), maddə
214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə
1794; 2017, ¹ 7, maddə 1312, ¹ 11, maddə 1963, ¹ 12 (I kitab), maddələr 2218, 2257; 2018, ¹ 1, maddə 32, ¹ 3, maddə
386, ¹ 6, maddə 1156, ¹ 7 (I kitab),
maddə 1434; 2019, ¹ 1, maddə
23, ¹ 7, maddə 1191, ¹ 8, maddə
1380, ¹ 11, maddə 1686) 38.6-cı maddəsinin birinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
"Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət
qəbul edildikdən sonra ən geci
3 iş günü müddətində, birdəfəlik
elektron vizanın sürətləndirilmiş qaydada
alınması üçün
müraciət edildikdə
ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq
hava limanlarında alınması üçün
müraciət edildikdə
isə real vaxt rejimində "Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin
məhdudiyyət siyahıları
üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada viza verilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2020-ci il
Azərbaycan.- 2020.- 20 iyun.- S. 3.