“Turizm haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 19 may tarixli 101-VIQD nömrəli Qanununun
tətbiqi və “Turizm haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 101-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. "Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 164 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 426; 2003, ¹ 10, maddə 571; 2009, ¹ 4, maddə 226; 2014, ¹ 11, maddə 1410; 2016, ¹ 12, maddə 2074; 2020, ¹ 1, maddə 14) 2-ci hissəsinin ikinci abzasında "maddəsində” sözü "və 7-1.6-cı maddələrində” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 101-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 iyun 2020-ci il
Azərbaycan.- 2020.- 20 iyun.- S. 3.