“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr 1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12 (I kitab), maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918, 926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697, ¹ 9, maddə 1840, ¹ 11, maddələr 2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə 426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852, ¹ 6, maddələr 1035, 1046, ¹ 8, maddələr 1395, 1401, ¹ 11, maddə 1700; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 mart tarixli 962 nömrəli, 19 mart tarixli 964, 965 nömrəli 7 may tarixli 1015 nömrəli fərmanları) 4.29-1-ci bəndindən "isəsözü çıxarılsın, həmin bəndə "Bakı Nəqliyyat Agentliyisözlərindən sonra ", Sumqayıt şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncə şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsisözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 iyun 2020-ci il

 

Azərbaycan.- 2020.- 20 iyun.- S. 3.