Pandemiyaya qarşı bütün imkanlar səfərbər edilib

 

Məqsəd kritik vəziyyətə hazır olmaq, ən böhranlı vəziyyətdə belə bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etməkdir

 

Dünyada pandemiya ilə bağlı vəziyyət getdikcə pisləşir. Koronavirus - COVID-19 infeksiyasının üzə çıxdığı zamandan etibarən ona qarşı görülən tədbirlərin heç biri effektiv olmayıb.

Karantin rejimlərinin tətbiqi sayəsində müəyyən irəliləyişlər əldə olunsa da, yumşalmalar ərəfəsində yenidən virusla mübarizənin başlanğıcına dönülüb. Məsələn, infeksiya Çində qısa zamanda lokallaşdırılaraq nəzarət altına alınmasına baxmayaraq, son günlər burada yeni koronavirus ocaqları aşkarlanıb və ölkə yenidən COVID-19 təhlükəsi ilə üz-üzə qalıb. O cümlədən də bu mənfi gedişat bir çox digər ölkələrdə də müşahidə olunur.

Bəli, bu bir reallıqdır ki, vaksin tapılmayana qədər "taclı” bəladan tamamilə qurtulmaq qeyri-mümkündür. Hazırda dünyada COVID-19-a yoluxanların sayı 8,5 milyonu ötüb. Virusun qurbanlarının sayı isə 450 mindən çoxdur.

Təəssüf ki, Azərbaycanda da yoluxmaölüm sayı artmaqda davam edir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 18-nə olan məlumatına əsasən, Azərbaycanda daha 338 nəfərdə koronavirus aşkarlanıb, 117 nəfər sağalıb, 6 nəfər isə ölüb.

Nə yazıq ki, verilən bu statistikalar hər keçən an mənfiyə doğru sürətlə dəyişir. Bununla yanaşı, infeksiyadan sağalanların sayı da kifayət qədərdir, amma koronavirusun yoluxuculuq sürətini nəzərə alsaq, çox az sayda adamın yoluxması belə ardınca böyük fəlakətlər gətirə bilər.

 

Mövcud vəziyyətdən az itkilərlə çıxmaq

 

Bu cür faciəli ssenarilərin qarşısına keçmək üçün Azərbaycanda virusa qarşı bütün imkanlar səfərbər edilib, xüsusilə də səhiyyə sahəsində.

Üç modul tipli xəstəxananın açılışındakı çıxışı zamanı Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir və əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir.

Koronavirusun ilk üzə çıxdığı dövrdən etibarən COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsallı laborator testlər, tibb avadanlıqları və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxtregionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. ÜST və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulub. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi həyata keçirilib. 19 mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başlayıb.

 

Virusun diaqnostikası üçün müasir laboratoriya sistemləri qurulub

 

Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alınıb, diaqnostik alətlər tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib.

Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.

Hazırda ölkədə testlərin aparılması üçün 23 laboratoriya fəaliyyət göstərir adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.

 

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə start verilib, martın sonunda istifadəyə verilmiş "Yeni klinikamüasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Eyni zamanda virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb.

 

Bu tibb müəssisələri karantin xəstəxanasına çevrilib

 

Hazırda koronaviruslu xəstələrin müalicəsi üçün müəyyənləşdirilən daha 10-dan çox xəstəxana karantin xəstəxanasına çevrilib. TƏBİB-dən verilən xəbərə görə, bunlara Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, "AzərsuTikinti Xəstəxanası rayonlarda müəyyənləşdirilən xəstəxanalar aiddir.

Ümumiyyətlə, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alırlar.

Göründüyü kimi, dövlət koronavirus infeksiyasının qarşısının alınması yoluxanların müalicəsi istiqamətində bütün imkanlarından istifadə edir. Amma bu vəziyyətdə vətəndaşların da maksimum diqqətli olması, qoyulan qaydalara riayət edərək dövlətə dəstək verməsi vacibdir.

 

Peyvənd tapılana qədər bu virusla yaşamağın şərtlərini öyrənib əməl etməsək...

 

Artıq Azərbaycanda xüsusi karantin rejimi avqust ayının 1-nə qədər uzadılıb yoluxma sayının çox olduğu bəzi şəhər rayonlarda 21 iyun 00:00 tarixindən, 5 iyul 06:00 tarixinədək ciddi karantin rejimi tətbiq olunacaq. Bu zaman kəsimində SMS xəbərdarlıq xüsusi icazə əsasında evdən çıxmaq mümkün olacaq.

Tətbiq olunan karantin rejimləri zamanı qaydalara uymasaq, qapalı məkanlarda maska taxmasaq, sosial izolyasiya saxlamasaq, fərdi gigiyena qaydalarına əməl etməsək, yoluxma sayı ağlasığmaz həddə sıçrayar. O zaman dünyanın super dövlətlərində belə yaşandığı kimi, bizim səhiyyəmiz çöküb aciz vəziyyətə düşər. Bu sadalananlar kimlərdəsə qorxu hissi yaratmaq üçün deyil. Bunlar faktlardır, indi televiziya ekranlarından başqa ölkələrdə seyr etdiyimiz təəssüfləndirici reallıqlardır. Amma peyvənd tapılana qədər bu virusla yaşamağın şərtlərini öyrənib əməl etməsək, elə biz bu acınacaqlı gerçəkliklərlə üzləşə bilərik...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 20 iyun.- S. 5.