Milli Kitabxana “Əbdürrəhim bəy Haqverdiyev-150” adlı elektron məlumat bazasını virtual rejimdə təqdim edib

 

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisistteatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olur.

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan "Əbdürrəhim bəy Haqverdiyev-150” adlı elektron məlumat bazası rəsmi sənədlər, həyat və yaradıcılığı, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslər Əbdürrəhim bəy Haqverdiyev haqqında, əsərləri, xatirəsinin əbədiləşdirilməsi, filmoqrafiya, fotoqalereya bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında yazıçının Azərbaycan, türk, rusingilis dillərində əsərləri, audiokitablar, dövri mətbuatda və məcmuələrdə çap olunan məqalələri, səhnələşdirilmiş əsərləri, xatirəsinin əbədiləşdirilməsinə dair materiallar və digər sənədlər təqdim olunur.

 

Azərbaycan.- 2020.- 21 iyun.- S. 5.