Vətəndaşları
koronavirusdan qorumaq
dövlətin prioritet məsələsidir
Qlobal təhlükənin əhaliyə
təsirini minimuma endirmək üçün səmərəli tədbirlər
həyata keçirilir
2020-ci il başlayandan dünyamız COVID-19 adlı çox təhlükəli koronavirus növünə qarşı mübarizə aparır.
Bu ölümcül virus altı ay ərzində planeti çənginə alaraq 213 ölkə və bölgəyə yayıldı, 9 milyondan çox insana yoluxdu, 500 minə yaxın şəxsin həyatına son qoydu. Müxtəlif profilaktik tədbirlərə, mübarizə üsullarına rəğmən, hələ də müasir tibb koronavirusa uduzur.
Qüdrətli dövlətlərin belə, aciz qaldığı bu dönəmdə Azərbaycan COVID-19-la mübarizəni uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasındadır.
Virusun dünyaya yayılmağa başladığı ilk vaxtdan etibarən Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar atdı. Prezident İlham Əliyev vətəndaşların sağlamlığını qorumağa yönəlmiş məqsədyönlü strategiya irəli sürdü və bu, beynəlxalq qurumlar tərəfindən də təqdir edildi.
Azərbaycanda virusun aşkarlandığı ilk günlərdən qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Pandemiyanın dalğalarının yeni yayılmağa başladığı dönəmlərdə Azərbaycan koronavirusa qarşı mübarizəyə qoşulmaqla ortaya çox ciddi nəticələr, nümunələr qoydu. Lakin bu müsbət nəticələr əhalinin bir qisminin laqeydliyi, məsuliyyətsizliyi, karantin qaydalarına əməl etməməsi nəticəsində mənfiyə doğru dəyişdi. Xüsusi karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım müşahidə olundu. Hazırda Azərbaycanda koronavirusa gündəlik yoluxma sayı 500-ə yaxınlaşıb. Bu isə indiyə qədərki statistikada pik göstəricidir. Ümumi yoluxma sayı isə 13 mini ötüb. Yoluxma, virusla xəstələnmə sayının artması daha ciddi karantin rejimi tədbirlərinin tətbiqini zəruri etdi. Nəticədə Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərar qəbul etdi. Yeni növ koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edildi.
"Son vaxtlar asimptomatik xəstələrlə
az rastlaşırıq”
Tibbi Ərazi
Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB) Xəstəliklərin
profilaktikası və
kontrolu şöbəsinin
müdiri Yaqut Qarayeva iyunun 20-də keçirilən brifinqdə
bu barədə danışarkən bildirmişdi
ki, virusun mutasiyası baş verdiyindən hazırda müşahidə edilən
xəstəlik daha ağırdır. İndiki günlərdə COVID-19-a yoluxmuş xəstələr
mart-aprel aylarında yoluxmuş xəstələrdən
çox fərqlənir.
Artıq
xəstəliyə yoluxmaq
yaşdan asılı
deyil.
Şöbə müdirinin sözlərinə
görə, vətəndaşların
normal sosial həyatlarına
qayıtması tibbi maskasız mümkün olmayacaq. Tibbi maska müəyyən
müddət həyatımızın
bir parçası olacaq. Bununla bərabər, sosial məsafəni, əl gigiyenasını da gözləmək vacibdir:
"Qapalı məkanlarda
insanların kütləvi
toplaşmasına bir müddət yol verilməyəcək. Bəlkə də
Bakıda insanlar bu qaydalara nisbətən
daha ciddi yanaşır, maskadan istifadə edirlər.
Təəssüf ki, rayonlarda
sanki virus yoxmuş kimi hərəkət edirlər. Sanki bu virus yalnız Bakıda, Sumqayıtda, Lənkərandadır. Bu, belə deyil. Virus sərhəd, yaş və sosial təbəqə tanımır. Virus bir insandan başqasına
yoluxmaqda davam edir. Son vaxtlar əvvəlki aylardan fərqli olaraq asimptomatik xəstələrlə
az rastlaşırıq.
Orta yaşlı və cavan xəstələrdə
çox ciddi fəsadlarla keçən
respirator xəstəlik, ikitərəfli
pnevmoniyalar görürük.
Test nəticəsi neqativ
çıxan və ya hələ açıqlanmayan, amma kliniki əlamətləri
COVID-19 kimi olan xəstələrimizin də
sayı çoxdur. Hər kəsdən vətəndaş
məsuliyyəti göstərməyi
xahiş edirik. Bu sahədə hamımız
bir yerdə mübarizə aparmalıyıq,
çünki xəstəliyin
spesifik müalicəsi
olmadığından ondan
ancaq qorunmalıyıq.
Hər kəs özünü və ailəsini qorumalıdır. Bu mübarizədə başqa
yol yoxdur”.
"E-Təbib” koronavirusun yayılmasını
azaltmağa kömək
edir
Ətrafdakıların potensial virus daşıyıcısı
olub-olmaması barədə
xəbərdar edəcək
"E-Təbib” mobil tətbiqi istifadəyə
verilib. Bütün mobil operator istifadəçiləri
üçün pulsuz
olacaq "E-Təbib” koronavirusun yayılmasını
azaltmağa kömək
edən mobil tətbiqdir. Bu mobil tətbiqə qoşularaq COVID-19 infeksiyasının
yayılmasının qarşısının
alınmasına öz
töhfənizi verə
bilərsiniz. İcbari Tibbi
Sığorta üzrə
Dövlət Agentliyinin
məlumatında bildirilir
ki, siz ictimai
yerlərdə olarkən
ətrafınızdakı insanların
potensial virus daşıyıcısı
olub-olmaması barədə
"E-Təbib” vasitəsilə
xəbərdar ediləcəksiniz.
Təsadüfən infeksiyanın daşıyıcısı
ilə əlaqəniz
olubsa (məsələn,
sırada, dükanda və s.), sizə bildiriş göndəriləcək
və laboratoriya testinə dəvət ediləcəksiniz.
"E-Təbib” "bluetooth”
texnologiyası əsasında
işləyir, yaxınlıqdakı
digər tətbiq istifadəçiləri ilə
əlaqə qurur. Bu tətbiqdən
nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli
şəkildə müəyyən
etmək mümkün
ola bilər.
Tətbiqin köməyi ilə
bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq
yardım, həmçinin
müxtəlif bildirişlər
və xəbərlər
almaq mümkündür.
Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi "Play Market” və
ya "AppStore” vasitəsilə "E-Tabib”
və ya "E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon
nömrənizi daxil edin. SMS vasitəsilə
göndəriləcək təsdiq
kodunu müvafiq xanalara yazın. "Bluetooth” qurğusunu işə salın. "E-Təbib” tətbiqi
mobil telefon nömrənizdən başqa
heç bir şəxsi məlumatınızı
toplamır.
Karantin rejimini pozanlar cəzalandırılırlar
Təəssüf ki, bəzən vətəndaşlar nəinki
koronavirusun yayılmasını
azaltmağa kömək
edir, hətta özlərini qorumaq baxımından da məsuliyyətsizliyə yol
verir, karantin rejimini pozur, bununla da həyatlarını
riskə atmış olurlar. Nəticədə, müvafiq icazəsi
olmayan şəxslər
müəyyən olunaraq,
barələrində qanunvericiliyə
uyğun tədbirlər
görülür.
Daxili İşlər
Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sərt
karantin rejimini pozaraq Bakıya girişə və çıxışa cəhd
edən sürücülərin
və cərimələnən
şəxslərin sayını
açıqlayıb. Belə
ki, iyunun 21-i saat 00:00-dan iyunun 22-si saat 00:00-dək ölkə
ərazisində İnzibati
Xətalar Məcəlləsinin
(İXM) 211.1-ci maddəsinin tələbini pozduğuna
görə 1440 nəfər,
İXM-nin 211.2-ci maddəsinin
tələbini pozduğuna
görə 132 nəfər
olmaqla, ümumilikdə
1572 nəfər inzibati
məsuliyyətə cəlb
edilib.
Ələt-Astara, Bakı-Şamaxı və
Bakı-Quba yollarında
qurulan karantin postlarında hərəkətinə
icazə verilməyən
900 nəqliyyat vasitəsinin
sürücüsü isə
aşkarlanaraq geri qaytarılıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
məlumatına görə
isə, məhdudiyyətlərin
ilk günündə evdən
çıxmaq istədiklərinə
dair vətəndaşlar
tərəfindən icazə
əldə etmək üçün SMS-lə
8103 qısa nömrəsinə
511419 SMS göndərilib ki,
bunlardan da 149177-si, yəni 29 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq
cavabı almayıb. SMS-lərin 99.4 faizi
1 dəqiqə ərzində
cavablandırılıb.
İndiki məqamda ən
yaxşı qorunma yolu izolyasiyadır
İkihəftəlik sərtləşdirilmiş karantin
rejiminin tətbiqində
məqsəd xəstəliyin
geniş yayılmasının
qarşısını almaq,
vətəndaşların sağlamlığını
qorumaqdır. Bəli, vətəndaşların koronavirus infeksiyasından qorunması bu gün Azərbaycan dövləti üçün
ən prioritet məsələdir. Ölkəmiz qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün
ən səmərəli
tədbirlər həyata
keçirir. Lakin bəzi
vətəndaşlar özünütəcridin
xəstəliyin qarşısının
alınması üçün
ən vacib amil olduğuna əhəmiyyət vermir, karantin rejimini pozaraq, zərurət olmadığı təqdirdə
evdən çıxırlar.
Unudurlar ki, hər bir
məsuliyyətsiz davranış,
hər bir qayda pozuntusu xəstələnmək və
öz həyatını,
ətrafını risk altına
atmaq deməkdir.
Hər evdən çıxmaq, hər bir kənar
şəxslə təmas
infeksiyaya yoluxma və ölüm riski deməkdir. İndiki məqamda bu bəladan ən yaxşı qorunmaq yolu karantin və
izolyasiyadır. Vətəndaşlar özlərini, yaxınlarını
düşünərək maksimal dərəcədə
anlayışlı olmalı,
qoyulan tələblərə,
verilən tövsiyələrə
etinasız yanaşmamalı,
bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı,
ehtiyac olmadıqda evdən çıxmamalıdır.
Yalnız bu zaman yoluxma zəncirini qırmağa kömək
edə, virusa birgə qalib gələ bilərik.
Xəyalə
MURADLI
Azərbaycan.- 2020.- 23 iyun.- S. 1; 6.