Ermənistanda totalitar diktatura
qurulur
İşğalçı ölkədə daxili
qarşıdurma daha gərgin mərhələyə
qədəm qoyur
Ermənistanda baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı
repressiyası davam edir. Amma onun indi əsas rəqiblərdən biri kimi gördüyü
"Çiçəklənən Ermənistan” partiyasının
lideri, iş adamı Qaqik Tsarukyanın həbsini reallaşdırması müşkülə
çevrilib. Belə ki,
Yerevan məhkəməsi "Çiçəklənən Ermənistan”
partiyasının liderinin
həbsi barədə
qərar qəbul etməkdən imtina edib. Tsarukyanın vəkili Erem Sarkisyan bu xüsusda
bildirib: "Məhkəmə
Tsarukyanın həbsi
ilə bağlı ittihamı rədd etdi. Sevinirəm ki, məhkəmə
özündə güc
tapdı və siyasi proseslərdən yuxarıda dayandı”.
Qeyd edək
ki, bundan əvvəl Ermənistan parlamenti Tsarukyanın deputat toxunulmazlığını
ləğv etmişdi. Tsarukyan üç
cinayət işində
təqsirli bilinir.
Bura onun şirkətlərinin
vergidən yayınması,
seçiciləri pulla
ələ alması və qanunsuz olaraq torpaq sahələrinin
mənimsənilməsi daxildir.
Partiya sədri həm də dövlətə
685 min dollar ziyan vurmaqda
günahlandırılır.
Tsarukyan hakimiyyətin hərəkətlərini
siyasi təqib adlandırıb. O, jurnalistlərə
deyib ki, bu maddə ilə
heç kim
tutulmayıb, ola bilsin ki, cərimə
qərarı olsun:
"Ancaq onlar müxalifət partiyasının
rəhbərini, Milli Olimpiya Komitəsinin prezidentini həbs etmək istəyirlər. Əgər ölkənin indi uçurumda olmasına görə mən günahkaramsa, barmaqlıqlar
arxasında oturmağa
hazıram. Ancaq mənim
üçün bütün
bunlar anlaşılmazdır”.
Erməni
siyasi-ictimai xadimi Samvel Farmanyan isə bildirir ki, baş verənlər
Ermənistanın demokratik
və beynəlxalq nüfuzunun sarsılmasıdır:
"Addım-addım başqa
bir ağır problem yetişir: beynəlxalq ictimaiyyətin qavrayışlarında
Ermənistan demokratiyaya,
insan hüquqlarına
və qanunun aliliyinə müharibə
elan etmiş dövlət kimi təsvir olunmağa başlayır”.
Ekspertlər qeyd edirlər ki, Nikol Paşinyan
koronavirus pandemiyası
dövründə vətəndaşların
sosial-iqtisadi problemlərini
həll etməkdə
ciddi çətinliklərlə
qarşılaşır, xəstəliyin
yoluxma sayının artmasının qarşısını
ala bilməməsi səbəbilə
sürətlə sosial
dayaqlarını itirir. Təsadüfi deyil ki, erməni
mətbuatı da N.Paşinyanın aqoniya vəziyyətində olduğunu
iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətinin,
xüsusilə də
"Çiçəklənən Ermənistan” partiyasının
açıq şəkildə
hökumətin tam tərkibdə
istefasını tələb
etməsi göstərilir.
Belə vəziyyətdə Paşinyan
rəqiblərə qarşı
gücü işə
salır. Ümumiyyətlə, Paşinyanın tapşırığı ilə
indiyədək Ermənistanın
keçmiş rəhbərliyinə
qarşı silsilə
cinayət işləri
açılıb və
hazırda istintaq davam edir. Gələcəkdə özünə rəqib
olacaq və ya rəqib olmaq
ehtimalı olan istənilən şəxsi
korrupsiya ilə mübarizə ittihamı ilə həbs etmək tam gözləniləndir.
Ölkədə siyasi repressiyalar
həyata keçirilir
və Paşinyanın
yeganə məqsədi
öz hakimiyyətinin
müddətini uzatmaqdır.
Bu durumda Ermənistanda
totalitar diktatura qurulub. Bu ölkənin Milli
Təhlükəsizlik Xidmətinin
keçmiş direktoru,
"Vətən” partiyasının
sədri Artur Vanetsyan bildirib ki, Ermənistanda yaranmış bugünkü
vəziyyət hökumətin
və şəxsən
Paşinyanın yol verdiyi taleyüklü səhvlərin nəticəsidir:
"Onlar on minlərlə
xəstəliyə, yüzlərlə
ölüm, hələ
də dayanmayan faciəyə səbəb
olan bu səhvləri
başa düşməyə
və qəbul etməyə hazırdırlar?
Paşinyan siyasi marağını
vətəndaşlarımızın həyatından üstün
tutur”.
Bu vəziyyətdə Ermənistanın siyasi həyatında müxaliflər
birləşirlər. "Çiçəklənən
Ermənistan” partiyası,
"Vətən” partiyası
və "Daşnaksütun”
partiyası artıq bir blokdadır. Ermənistanın keçmiş
fövqəladə hallar
naziri Hraçya Rostomyan isə bildirir: "Ermənistan cəmiyyəti sürətli
həllər tapmasa, ölkə Paşinyan komandasının səriştəsiz
idarəetməsinin xarabalıqları
altında qala bilər”.
Ermənistanda yaranmış gərgin
daxili siyasi vəziyyət barədə
keçmiş erməni
nazirin fikirlərinə
"analitik.am” xəbər
saytının təsisçi-redaktoru
Ani Hohannisyan da dəstək verib: "Çox pis yerə gedirik,
dövlətimizi itirə
bilərik”.
Bütün bunlar Ermənistanda yeni bir çöküşün
yaşandığını göstərir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2020.- 23 iyun.- S. 7.