Qlobal pandemiya
ilə mübarizə
davam edir
Yarım ildir koronavirus, COVID-19 dünyanın altını-üstünə
çevirib. Demək olar ki, bütün sahələri
iflic edib və o həddə çatıb ki, neçə-neçə illər
keçsə belə,
bu virusun fəsadlarını yer üzündən tamamilə
silmək mümkün
olmayacaq.
Hazırda tibb elmi gecə-gündüz
infeksiyaya qarşı
vaksin axtarışındadır,
bununla bağlı müəyyən ümidverici
nəticələr əldə
edildiyi açıqlansa
da, hələlik peyvəndin yaxın zamanlarda tətbiqinin gözlənilmədiyi vurğulanır.
Göründüyü kimi, artıq COVID-19 həyatımızın bir
parçasına çevrilib
və biz onunla yaşamağa öyrəşməliyik. Özü
də bu virusun diktə etdiyi şərtlərlə:
sosial izolyasiyanı gözləməklə, maska
taxmaqla, şəxsi gigiyena qaydalarına əməl etməklə.
Dünyanın koronavirusla bağlı hazırkı mənzərəsinə
nəzər saldıqda
görürük ki, vəziyyət heç də ürəkaçan
deyil. Hətta koronavirus üzərində
tam qələbə elan
edən ölkələr
indi ikinci dalğa ilə üzləşiblər.
İnfeksiyanın sürətlə
yayılmasının qarşısını
almaq üçün
yenidən sərt karantin rejimi tətbiq edib, maska taxılmaması ilə bağlı yüksək cərimələr
müəyyənləşdiriblər...
Hələlik çarə
budur...
Koronavirusla mübarizəyə
töhfə
Koronavirus infeksiyasının
ortaya çıxdığı
ilk zamandan etibarən Azərbaycanda ona qarşı çevik və qabaqlayıcı tədbirlərə start verildi.
Qlobal pandemiya ilə mübarizənin hər bir məqamı Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu müddət
ərzində dövlət
başçısının fəaliyyəti, mütəmadi
keçirdiyi görüşlər,
verdiyi qərarlar koronavirusla mübarizəyə
öz töhfəsini
verdi. Buna
görə virusun ölkəmizdə geniş
yayılmasının və
kütləvi insan ölümlərinin qarşısı
alındı.
Bu səbəbdəndir
ki, aylardır vətəndaşlarımızdan Prezidentin ünvanına saysız təşəkkür
məktubları gəlməkdə
davam edir.
Qabaqlayıcı və
zəruri tədbirlər
görülür
Hazırda Azərbaycanda koronavirusa qarşı mübarizə
davam edir, COVID-19-un yol açacağı fəsadlardan qorunmaq üçün zəruri
tədbirlər görülür.
Xüsusilə də virusun yayılma sürətini azaltmaq üçün mühüm addımlar atılır. Bu istiqamətdə
görülən zəruri
tədbirlərdən biri
də yoluxma hallarının müəyyənləşdirilməsi
istiqamətində testlərin
edilməsidir. İyunun 22-nə olan statistikaya əsasən son sutka ərzində 4345 test aparılıb.
Ölkədə aparılmış koronavirus testlərinin ümumi sayı isə 426 394-dür.
Son zamanlar
yoluxma dinamikasındakı
artım nəzərə
alınaraq, Nazirlər
Kabineti yanında Operativ Qərargah karantin rejiminin yenidən sərtləşdirilməsi
ilə bağlı qərar qəbul etdi.
Yeni növ koronavirus infeksiyasının
yayılma sürətinin
azaldılması, habelə
onun törədə biləcəyi fəsadların
minimuma endirilməsi məqsədilə xüsusi
karantin rejiminin sərtləşdirilməsini təmin
etmək üçün
Bakı, Sumqayıt, Gəncə, Lənkəran,
Yevlax, Masallı, Cəlilabad şəhərlərinin
və Abşeron rayonunun ərazisində 21
iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq
edildi.
Tələblərə əməl
edilməlidir
Bu dövr
üçün fəaliyyətinə
icazə verilən bir çox sahələrlə bağlı
qaydalar da müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin
Baş Dövlət Yol Polisi İdarəsinin
(BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Kamran Əliyev deyib ki, sərtləşdirilmiş
xüsusi karantin rejimində kənd təsərrüfatı yüklərinin
daşınması sərbəstdir:
"Yalnız minik avtomobilləri ilə kənd təsərrüfatı
məhsullarının daşınmasına
icazə verilmir. Fermerlər öz məhsullarını
yük maşınları
ilə Bakı və sərt karantin rejiminin tətbiq olunduğu digər şəhərlərə,
Abşeron rayonuna çatdıra bilərlər”.
Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi qida məhsullarının ticarəti
ilə məşğul
olan müəssisələrdə
xəstəliyə yoluxma
riskini azaltmaq üçün tövsiyələr
verib. Tövsiyələrə əsasən açıq
şəkildə satılan
və qablaşdırılmamış
qida məhsulları xüsusi vitrin arxasında saxlanmalı, yalnız gigiyenik vasitələrlə təmin
edilmiş işçi
tərəfindən alıcıya
təqdim olunmalıdır.
Soyuducuların temperatur rejiminə mütəmadi nəzarət
edilməli, dondurulmuş
qida məhsulları
-18° C-də buzluqda saxlanılmalıdır.
Qeyd edilib ki, donu
açılmış qida
məhsulları təkrar
dondurulmamalıdır. Tullantılar isə vaxtında kənarlaşdırılmalı, qabları mütəmadi olaraq təmizlənib, dezinfeksiya edilməlidir.
Qaydaları pozanlar cəzalandırılır
Yuxarıda sadalanan və daha bu kimi
xeyli sayda həyata keçirilən
tədbirlər vətəndaşların
sağlamlığının qorunması, təhlükəsizliyinin
təmin olunması üçündür.
Qarşıya qoyulan məqsədə çatmaq üçün
isə vətəndaşların
da duyarlı davranması, həmrəylik
göstərməsi və
məsuliyyətli olması
vacibdir.
Təəssüf ki, bəzi hallarda bunun əksi ilə rastlaşırıq...
Baş Dövlət
Yol Polisi İdarəsindən verilən
məlumata görə,
koronavirus infeksiyasının
yayılmasının qarşısının
alınması məqsədilə
Bakı, Sumqayıt, Gəncə, Lənkəran,
Yevlax, Masallı, Cəlilabad şəhərlərinin
və Abşeron rayonunun ərazilərində
tətbiq edilmiş sərtləşdirilmiş xüsusi
karantin rejiminin pozulmasına görə
22.06.2020-ci il saat
00:00-dan 23.06.2020-ci il saat
00:00-dək olan müddət
ərzində nəqliyyat
vasitələri ilə
hərəkətdə olan
1029 nəfər, sərnişindaşımada
istifadə olunan taksi və avtobuslarda
tənəffüs yollarını
qoruyan fərdi vasitələrdən istifadə
edilmədiyinə görə
262 nəfər olmaqla
ümumilikdə 1291 hərəkət
iştirakçısı inzibati
məsuliyyətə cəlb
edilib.
Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş
inzibati ərazilərin
sərhədlərində yerləşən
postlarda aparılan yoxlamalar zamanı 175 nəqliyyat vasitəsi paytaxt, 291-i rayon istiqamətinə
olmaqla 466 avtomobil geri qaytarılıb, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin
müxtəlif maddələri
ilə axtarışda
olan 2 nəfər şəxs aşkar edilib.
İcazə sistemindən
sui-istifadə halları
da olur
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi SMS kodlarından
sui-istifadə halları
ilə bağlı xəbərdarlıq edib.
Agentlikdən verilən məlumata görə, aparılmış
araşdırmalar nəticəsində
müəyyən edilib
ki, vətəndaşlar
tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir. Belə ki,
bəzi vətəndaşların
sistem vasitəsilə
"1” kodu, yəni təxirəsalınmaz tibbi
zərurətlə və
hər hansı bir qrafik üzrə
müalicə almaqla əlaqədar göndərilmiş
müraciətlərini bu
hal üzrə deyil, digər aidiyyəti olmayan məqsədlər üçün
istifadə etdikləri
müəyyən edilib.
Yuxarıda göstərilən neqativ
hallar qətiyyən yolverilməzdir. Bu qaydaların
pozulması hər birimizin sağlamlığını
təhlükəyə atır.
Virusun yoluxma sayını artıraraq, onun yox edilməsi istiqamətində görülən
bütün tədbirləri
effektsiz edir.
Birmənalı şəkildə
bilməliyik ki, qaydalara əməl etməsək, vaksin tapılana qədər bu təhlükəli virusa yoluxmayacağımız,
elə yaşayıb-yaşamayacağımız
da sual altında
olacaq...
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2020.-24 iyun.-
S.1; 4.