Ulu Öndərə
dərin ehtiram
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə
səfərə gəliblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
Qeyd edək
ki, bu, Prezident
İlham Əliyevin Gəncəyə
16-cı səfəridir. Belə səfərlər
zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin
həlli ilə bağlı dövlətimizin
başçısının verdiyi
göstərişlər, imzaladığı sərəncamlar
şəhərin hərtərəfli inkişafına zəmin
yaradır. Belə ki,
2003-cü ilə nisbətdə 2019-cu ildə Gəncədə
məhsul buraxılışı 4,3 dəfə, sənaye 2,7
dəfə, kənd təsərrüfatı 2,8 dəfə, əsas
kapitala yönəldilmiş vəsait 60 dəfə,
o cümlədən
tikinti-quraşdırma işləri 63,1 dəfə artıb.
2003-cü ildən 2020-ci ilin birinci rübü ərzində
Gəncədə 60 587, bu il
isə ödənişli əsaslarla 2075, pandemiya
ilə əlaqədar üç min müvəqqəti iş
yeri açılıb.
Azərbaycan.- 2020.- 25 iyun.- S.1.