Gəncə şəhərində daha
bir möhtəşəm idman
kompleksi tikilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısının müvafiq Sərəncamı
ilə Gəncə şəhərində daha
bir möhtəşəm idman
kompleksi tikilməkdədir. Gəncə
İdman Sarayının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur. İkimərtəbəli bu qurğuda böyük idman zalı, üzgüçülük hovuzu,
beynəlxalq şahmat turnirlərinin
keçirilməsi üçün zal, şahmat, güləş,
boks və digər idman
növləri üzrə məktəblər, boulinq
və atıcılıq zalları, istirahət və
iaşə obyektləri fəaliyyət göstərəcək.
İdman sarayı ən müasir
avadanlıqla təchiz olunacaq.
Gəncə İdman
Sarayında inşaat işlərinin gedişi ilə tanışlıqdan
sonra Prezident İlham Əliyev tikintinin keyfiyyətlə aparılması və obyektin vaxtında istifadəyə verilməsi
ilə bağlı tapşırıqlarını verdi.
Azərbaycan.- 2020.- 25 iyun.- S.4.