Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Borut Pahora

 

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramıDövlətçilik Günü münasibətilə Sizi dost Sloveniya xalqını öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qarşılıqlı hörmətə faydalı əməkdaşlığa əsaslanan Azərbaycan-Sloveniya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin mənafelərinə xidmət edən əlaqələrimiz birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19-la mübarizə apardığı bir zamanda Azərbaycan xalqının dost Sloveniya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə daim rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2020-ci il.

 

Azərbaycan.- 2020.-25 iyun.- S.5.