Çövkən

 

Qədim oyunlardan olan "Çövkən” çevik, cəld, dözümlü, mərd igidlərin hazırlanmasında müstəsna rol oynamış və Yaxın Şərq ölkələrində ən məşhur oyuna çevrilmişdir. Nizami Gəncəvinin "XosrovŞirin” poemasında bu oyunun təsvirinə geniş yer verilmişdir.

 

Şirinə dedi ki: "Gəl, at çaparaq,

 

Bu geniş düzəndə çövkən oynayaq”.

 

Xosrovun çövkəninə top atdılar,

 

Gözəllər səs-küyə at oynatdılar

 

Topa yel əlindən vuranda çövkən

 

Günəşin topunu salırdı tovdan.

 

 

Bu oyun ağacdan hazırlanan "Çövkənadlı alətin adı ilə bağlıdır. "Çövkən”in qaydası üzrə oyunçular - atlılar bir-birinə rəqib iki dəstəyə ayrılaraq topu uzunluğu 120-130 santimetr ucu əyri çövkənlə rəqib qapısından keçirməli idilər. Oyun uzunluğu 90-150 metr, eni 60-120 metr olan sahədə keçirilirdi. Meydançanın hər iki qurtaracağında ağac dirəklərdən düzəldilən qapı sütunlarının hündürlüyü 2,50 metr olur. Mənbələrdən məlum olur ki, fasilə ilə 2 saat davam edən oyun musiqi ilə müşayiət edilərmiş. Oyun üçün xüsusi təlim görmüş atlar saxlanılarmış. Oyun başlanmazdan əvvəl şeypurlar səslənər, sonra xüsusi alayın sərkərdəsi topu meydana daxil edər, beləliklə, yarış başlanarmış. Bütün oyunçular milli geyimdə - papaq, arxalıq, gen şalvar, yüngül ayaqqabıda çıxış edərmişlər. Oyunu 3 hakim idarə edər. Baş hakim süvari olurmuş.

 

Yeri gələndə el qızları da oğlanlarla birlikdə cıdıra çıxar, at çapar, ox nizə atar, qılınc oynadar, digər oyun əyləncələrlə məşğul olarmışlar.

 

"Kİtabi-Dədə Qorqud”da Banuçiçəklə Beyrəyin yarışması, habelə "Qəpəq oyunu ya "Piyala ox”, "Baharbənd”, "Yaylıq”, "Gərdək qaçırma”, "Sür papaq s. atüstü oyunlar da orta əsrlərdən toy mərasimlərində el şənliklərində ən çox sevilən oyunlardan olub.

 

Azərbaycan.- 2020.- 20 mart.- S. 8.