Tovuzda
Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə
verilib
Martın
4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin
açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev muzeyin eksponatları ilə tanış oldu.
Burada nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirən Prezident İlham Əliyev dedi:
-Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov: Mədəniyyət Nazirliyindən.
Prezident İlham
Əliyev: Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian
yazılıbdır. O vaxt Sisian adı
yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən
başqa heç bir tarixi ad yazılmayıb.
Halbuki, Bərdə, Qəbələ, Naxçıvan
- bütün bunlar qədim şəhərlərimiz
olub. Ona görə soruşuram,
bu, hansı əsrə aiddir? Çünki bu xəritədən
heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti
də burada göstərilmir. Amma baxın,
bu Urartu hansı hərflərlə
yazılıb. Ona görə
buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm
dəqiq olmalıdır,
həm də bunun tarixi göstərilməlidir.
Bu xəritə də
bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan
ərazisində heç
bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız,
hesab edirsiniz ki, bununla iş
düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz
Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla
iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib
soruşacaq ki, bu, nədir, mənim məmləkətim
nədir? Haradadır mənim
qədim şəhərlərim?
Onun əvəzinə orada Urartu görürük.
Prezident İlham Əliyev muzeyin digər bölmələrindəki
eksponatlarla da tanış oldu.
Azərbaycan.-2020.- 6 mart.- S.2.