Xətainin
heykəlinin yerinin dəyişdirilməsi paytaxtımızda
yol-nəqliyyat infrastrukturuna mühüm tövhə olacaq
Martın
2-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Şah İsmayıl Xətainin heykəlinin
köçürüldüyü yeni salınmış parkda
olub.
AZƏRTAC
xəbər verir ki, Prezident İlham Əliyev Mərkəzi
Neftçilər Xəstəxanasının yanında Şah
İsmayıl Xətainin heykəlinin
köçürüldüyü yeni salınmış parka
gəldi.
Dövlətimizin başçısı heykəlin önünə gül dəstələri qoydu.
Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov burada görülən
işlər barədə məlumat verdi.
Qeyd edək ki, tarixi şəxsiyyət Şah İsmayıl Xətainin heykəli iki magistral yolun ortasında yerləşirdi. Bu isə insanların ziyarət etmək üçün heykələ yaxınlaşmasını çətinləşdirirdi, eyni zamanda, yolda tıxacın yaranmasına səbəb olurdu. Bununla bağlı əhali tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edilib. Bütün bunlar və Şah İsmayıl Xətainin tarixi şəxsiyyət olduğu nəzərə alınaraq dövlətimizin başçısının tapşırığına əsasən, onun heykəli uyğun yerə köçürülüb və burada yeni park salınıb. Parkda əhalinin istirahəti üçün lazımı şərait yaradılıb, o cümlədən oturacaqlar qoyulub və ətraf abadlaşdırılıb. Bu addım şəhər sakinləri və paytaxtımızın qonaqlarına heykəli rahat ziyarət etməyə şərait yaradır.
Heykəlin postamenti də yenilənib. Heykəlin köçürülməsi prosesi abidəyə heç bir xələl gətirilmədən həyata keçirilib.
Paytaxt Bakının abadlaşdırılması, yeni istirahət məkanlarının salınması, tarixi irsimizin qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Şah İsmayıl Xətainin heykəlinin uyğun yerə köçürülməsi və burada parkın yaradılması bu istiqamətdə atılan növbəti addımdır. Bu layihə sakinlərin istirahətinin təmin olunması üçün böyük rol oynayır. Abidəni ziyarət edənlərin rahatlığı üçün yaxınlıqda 36 yerlik avtomobil dayanacağı da tikilib.
Bakı
Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri
Vüsal Kərimli dövlətimizin başçısına
bu ərazidə yol-nəqliyyat infrastrukturu barədə məruzə
etdi.
Prezident
İlham Əliyev yeni yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi
ilə bağlı tapşırıq və göstərişlərini
verdi.
Qeyd
edək ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi
paytaxtımızda yol-nəqliyyat infrastrukturuna mühüm
töhfə olacaq. Belə ki, bu, Nizami küçəsi
ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində
yolları birləşdirən nəqliyyat
qovşağının yaradılmasına şərait
yaradır. Bu isə öz
növbəsində, bu ərazidə yarana biləcək tıxacların
qarşısının alınmasına və nəqliyyat
vasitələrinin hərəkətinin intensivliyinin
təmin edilməsinə imkan verəcək.
Azərbaycan.-2020.- 3 mart.- S.1-2.