“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 74, ¹ 6, maddə 424; 2012, ¹ 2, maddə 137; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 8, maddə 1590; 2018, ¹ 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

"Komissiyanın sədri

 

Azərbaycan Respublikasının Baş Naziri

 

Komissiya sədrinin müavini

 

 

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikasının Maliyyə naziri

 

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

 

Azərbaycan Respublikasının Mədəniyyət naziri

 

Azərbaycan Respublikasının Təhsil naziri

 

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

"Azərbaycan Dəmir YollarıQapalı Səhmdar Cəmiyyətinin sədri

 

Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə səlahiyyətli səfiri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib).”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 mart 2020-ci il

Azərbaycan.-2020.- 3 mart.- S.2.