“Azərbaycan
Respublikası Hökuməti və İordaniya
Haşimilər Krallığı Hökuməti arasında
Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli
2670 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2670 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 78, ¹ 11, maddə 1030; 2010, ¹ 2, maddə 80, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə 107; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın həmsədri
Azərbaycan Respublikasının Maliyyə naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Energetika nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
birinci vitse-prezidenti
Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin müavini
Azərbaycan Respublikasının İordaniya
Haşimilər Krallığında
fövqəladə və
səlahiyyətli səfiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu Sərəncamın 1-ci hissəsi
ilə edilən dəyişiklik barədə
İordaniya Haşimilər
Krallığı tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2020-ci il
Azərbaycan.-2020.-
3 mart.- S.2.