“Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə
hökumətlərarası komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 248; 2009, ¹ 6, maddə 424; 2010, ¹ 2, maddə 80, ¹ 9, maddə 773; 2011, ¹ 6, maddə 519; 2012, ¹ 2, maddə 105; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1664; 2018, ¹ 8, maddə 1677; 2019, ¹ 3, maddə 492) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Azərbaycan Respublikası Vergilər nazirinin müavini” və "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri” sözləri çıxarılsın;
1.2. "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə
Türkiyə Respublikası tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 mart 2020-ci il
Azərbaycan.-2020.- 3 mart.- S.2.