“Azərbaycan
Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və
iqtisadi əməkdaşlıq üzrə
Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 14 aprel tarixli 226 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 226 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 243; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 112; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın həmsədri
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin müavini
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin
birinci müavini
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
vitse-prezidenti
Azərbaycan Respublikasının İsveçrə
Konfederasiyasında fövqəladə
və səlahiyyətli
səfiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu Sərəncamın 1-ci hissəsi
ilə edilən
dəyişiklik barədə
İsveçrə Konfederasiyası
tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2020-ci il
Azərbaycan.-2020.-
3 mart.- S.2.