Bayatılar
Suda yandı...
Od yandı, su da yandı.
Dərdimi suya dedim,
Od tutdu, o da yandı.
Düşən yeri...
Atlanıb düşən yeri.
Göz yaşım oda dönüb,
Yandırır düşən yeri.
Altımda kilim yandı,
Od düşdü
kilim yandı,
Bala, bala deməkdən,
Ağzımda dilim yandı.
Üzərlik dana-dana,
Ocaqdan götür sana.
Bala-bala
deməkdən,
Nəzəri bəd olanın,
Gözləri odda yana.
Köynəyin gülü yansın,
Od tutsun, gülü yansın.
Səni məndən edənin,
Ağzında dili yansın.
Ocağın odu keçdi,
Yel vurdu, odu keçdi.
Nə baxırsan, ay oğlan,
Sevgilin budu keçdi.
Azərbaycan.-2020.- 3 mart.- S.7.