Prezident İlham Əliyev Daş
Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil
yolunun açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Goranboy, Şəmkir
və Qazax rayonlarına səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, yolun uzunluğu
16 kilometrdir. İki hərəkət zolaqlı
yolun tikintisi dövlət başçısının
ötən ilin aprelində imzaladığı
sərəncama əsasən
həyata keçirilib
və onun inşası üçün
investisiya xərclərindən
6,8 milyon manat vəsait ayrılıb. Avtomobil yolunun tikintisi
3 yaşayış məntəqəsinin
və orada yaşayan 13 mindən çox əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin
yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Qeyd edək
ki, ölkəmizdə
yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində
aparılan işlərin
ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın
iqtisadi inkişafının
göstəricilərindən biridir. Bu işlər eyni zamanda davamlı
tərəqqinin əsas
amillərindən hesab
olunur. Son illərdə respublika əhəmiyyətli yolların
müasir səviyyədə
yenilənməsinə xüsusi
diqqət göstərilir.
Mühüm məqamlardan biri
də odur ki, bu layihələr
qısa müddətə
və yüksək keyfiyyətlə icra olunur. Qazaxın Daş Salahlı-Ürkməzli-Dəmirçilər
avtomobil yolunun əsaslı təmiri də bunu bir
daha təsdiqləyir.
Regionların sosial-iqtisadi inkişafı
ilə bağlı qəbul olunan dövlət proqramlarında
bu sahəyə xüsusi yerin ayrılması dövlətin
yeni yolların salınması məsələsinə
nə qədər əhəmiyyət verdiyini
aydın şəkildə
göstərir. Çünki bu cür layihələrin icrası
yolboyu yerləşən
yaşayış məntəqələrinin
sosial-iqtisadi tərəqqisinə
böyük töhfə
verir, turizmin, kənd təsərrüfatının
inkişafında mühüm
rol oynayır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə
şəkli çəkdirildi.
Azərbaycan.-2020.- 4 mart.- S.5.