Prezident İlham Əliyev Daxili Qoşunların “N” saylı hərbi hissəsinin açılışında iştirak edib 

 

Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının inşa olunan "N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

 

AZƏRTAC xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

 

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

 

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov bildirdi ki, bu hərbi hissənin inşasına 2018-ci ilin iyun ayında başlanılıb. Ötən il isə tikinti işləri başa çatdırılıb. Hərbi hissənin ümumi ərazisi 5 hektardırBurada əsgər yataqxanası, qərargah-kazarma binası, 150 yerlik yeməkxana inşa olunub.

 

Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi prosesində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılırBu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli  görülüb  bu proses indi  davam edir.

 

Bu hərbi hissədə yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm işlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının maddi-texniki bazası, kadr potensialı da əhəmiyyətli dərəcədə möhkəmlənib.

 

Prezident İlham Əliyev Daxili Qoşunların hərbi silah-sursat  texnikasına baxdı.

 

Bu gün əminliklə demək olar kiDaxili Qoşunlar qarşıya qoyulan vəzifəni yüksək peşəkarlıqla yerinə yetiriblərAli Baş Komandanın diqqəti sayəsində Daxili Qoşunların maddi-texniki bazası, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnikaxüsusi vasitələr rabitə sistemləri ilə təchiz edilibBu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü istər peşəkar kadr hazırlığının  döyüş qabiliyyətinin yüksəldilməsində, istər maddi-texniki bazanın möhkəmləndirilməsində, istərsə  yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir.

 

Qeyd edək kiPrezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanılıb, daxili işlər orqanlarının maddi-texniki bazası daha da möhkəmlənib, hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıbSon illərdə Daxili Qoşunlar üçün  müxtəlif təyinatlı onlarla obyekt, hərbi şəhərcik, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmalarımüasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri tikilərək istifadəyə verilib. Ümumiyyətlə, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin  ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədəxüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıqdöyüş  mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir. Ölkəmizə qarşı elan olunmamış müharibənin ilk günlərindən Daxili Qoşunlar cəbhə xəttində şərəfli döyüş yolu keçibbu yolda yüzlərlə şəhid veribQüdrətli Azərbaycan Ordusu ilə yanaşıDaxili Qoşunların şəxsi heyəti  öz üzərinə düşən xidməti vəzifələri ilə bərabər, torpaqlarımızın azadlığı ərazi bütövlüyümüzün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazırdır  döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlayır.

 

Azərbaycan.-2020.- 5 mart.- S.2.