ADA Universiteti ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə akademik tərəfdaşlıq haqqında razılaşma imzalayıb

 

 

ADA Universiteti ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə akademik tərəfdaşlıq haqqında razılaşma imzalayıb.

AZƏRTAC-a ADA Universitetindən bildirilib ki, bu razılaşma çərçivəsində universitetlər Bakıda və Vaşinqtonda tədris olunan birgə proqramlar həyata keçirəcək, pedaqoji heyətin inkişafı üzrə əməkdaşlıq edəcək və birgə tədqiqat layihələri aparacaqlar.

Razılaşmaya əsasən, həyata keçirilən ilk tərəfdaşlıq ADA UniversitetiCorc Vaşinqton Universiteti tərəfindən təklif olunan Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramının açılmasıdır. Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.

Tədris yay semestri daxil olmaqla, beş semestr ərzində aparılacaq. Bu semestrlərin üçü Bakıda, iki semestr isə Corc Vaşinqton Universitetində keçiriləcək. Vaşinqtondakı təhsil müddəti ərzində tələbələr Corc Vaşinqton Universitetinin Mühəndislik Tətbiqi Elmlər Məktəbinin müasir laboratoriya tədqiqat mərkəzlərindən faydalanmaq imkanı əldə edəcəklər.

Proqramın məzunları ADA Universiteti Corc Vaşinqton Universitetindən magistr dərəcəsi əldə edəcəklər.

Tələbələrin hər iki universitetdə təhsil haqqı, Vaşinqtona səfəri oradakı yaşayış xərcləri Dövlət proqramı BP tərəfdaşları tərəfindən ödənilir.

Proqrama qəbul üçün namizədlərdən müvafiq sahədə bakalavr dərəcəsi ingilis dili bilikləri tələb olunur. Müraciət üçün son tarix aprelin 17-sidir.

Bütün maraqlanan namizədləri əlavə məlumat üçün ada.edu.az/csda veb-səhifəsinə daxil olmağa və ya csda@ada.edu.az elektron ünvanına məktub yazmaqla və ya (+99450) 274 95 52 nömrəsinə zəng etməklə qəbul şöbəsi ilə əlaqə saxlamağa dəvət edirik.

 

Azərbaycan.-2020.- 5 mart.- S.5.