Tovuzda Azərbaycan
Aşıq Sənəti Dövlət Muzeyi
açılıb
Prezident
İlham Əliyev açılışda iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfəri çərçivəsində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.
AZƏRTACxəbər
verir ki, dövlətimizin başçısı muzeyin rəmzi
açılışını bildirən lenti kəsdi.
Muzeyin
eksponatları ilə tanışlıq zamanı Prezident
İlham Əliyev aşıq sənətinin yayılma
arealını əks etdirən xəritədəki toponimlərlə
bağlı iradlarını bildirdi.
Mədəniyyət
Nazirliyinin əməkdaşı Azadə Hüseynovadedi: Bunlar
işğal edilmiş ərazilərdə aşıq sənətinin
geniş yayılmış sahələridir.
Prezident
İlham Əliyev:Bunlar Ermənistan ərazisində yerləşir.
Bu ərazilər tarixi,
qədim Azərbaycan torpağıdır. Ona
görə siz burada
düzəliş edin. Onları Azərbaycan
dilində olduğu kimi
yazın. Məsələn, "Dilizhan” yox, "Dilican”. "Dilican” yazılmalıdır. Sevan
Göyçə gölüdür,
yazmısınız "Goycha Iake”, amma burada
da yazılıb "Sevan”.
Razdan çayının da
əsil adı Zəngidir. Siz tamamilə bu sözlərdən, toponimlərdən
istifadə edin. Çünki
bunlar hamısı bizim
qədim torpağımızdır. "Ekhegnadzor”
sonrakı addır, bunun da
qədim Azərbaycan adı vardır. Ona
görə onları düzəltmək lazımdır.
Azərbaycan.-2020.- 6 mart.- S.2.