Şəmkir şəhərində
yeni ümumtəhsil məktəbi
binasının tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Şəmkir şəhərində 1600 şagird yerlik yeni
ümumtəhsil məktəbi binasının tikintisi
üçün Azərbaycan Respublikasının 2020-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0
(üç) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan
Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə bu Sərəncamın 1-ci hissəsində
göstərilən ümumtəhsil məktəbi
binasının tikintisinin başa çatdırılması
üçün zəruri olan maliyyə vəsaitini nəzərdə
tutsun.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 mart 2020-ci il
Azərbaycan.-2020.-
6 mart.- S.5.