Konstitusiya Məhkəməsi
parlament seçkilərinin nəticələrini
təsdiq etdi
Bu seçki bir daha göstərdi ki, Azərbaycan
ictimaiyyəti Prezident İlham
Əliyevin təşəbbüsləri ilə həyata
keçirilən islahatları dəstəkləyir
Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri xalqımızın iradəsinin tam ifadəsi kimi tarixə düşdü. Ən əsası bu mühüm siyasi kampaniyanın gedişatı, seçkinin bütün mərhələlərindəki proseslərin hüquqi qiymətləndirilməsi respublikamızın demokratik dəyərlərə sadiqliyinin göstəricisi oldu. Martın 5-də isə Konstitusiya Məhkəməsi tərəfindən parlament seçkiləri kampaniyasına yekun vuruldu.
1314 namizədin
mübarizə apardığı seçki
marafonu
Mərkəzi Seçki Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin icrasına xüsusi diqqətlə yanaşılması parlament seçkilərinin uğurla başa çatmasında əsas rol oynadı. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması, təşviqatın aparılması, müşahidəçilər və KİV nümayəndələri üçün şəraitin yaradılması Seçki Məcəlləsində nəzərdə tutulduğu qaydada təmin edildi.
Bir daha xatırladaq ki, parlament seçkiləri respublikamızın bütün coğrafiyasını əhatə edən 125 seçki dairəsində keçirildi. Bu seçkidə son dəqiqləşdirmələrə əasən 5 milyon 359 min 15 nəfər seçici qeydə alınmış və adları seçici siyahılarına salınmışdı. Fevralın 9-da keçirilən seçkidə seçicilərin 46.84 faizi, 2 milyon 510 min 135 nəfəri 5573 seçki məntəqəsində səs vermək hüququndan istifadə edib.
Deputat adı uğrunda 1314 namizəd mübarizə apardı. Onlardan 246-sının namizədliyi 19 siyasi partiya, 11-nin namizədliyi isə təşəbbüs
qrupları tərəfindən
irəli sürülmüşdü.
1057 namizəd öz təşəbbüsü
ilə seçkiyə
qatılmışdı. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi
qadınlar idi.
Seçkilərin izlənməsində siyasi partiyaları, vətəndaş cəmiyyəti
institutlarını, qeydə
alınmış namizədləri
təmsil edən, eyni zamanda öz
təşəbbüsləri ilə seçkilərə
qatılmış 77 min 790 nəfər yerli müşahidəçi iştirak
etdi. Bundan başqa, Milli Məclisə seçkilərin
müşahidəsinə 59 beynəlxalq təşkilat
və 58 ölkəni
təmsil edən 883 beynəlxalq müşahidəçi
qatıldı. Habelə nüfuzlu
132 xarici kütləvi
informasiya vasitəsindən
olan 199 beynəlxalq
KİV təmsilçisi MSK tərəfindən müvafiq
lövhəciklə təmin
olunaraq seçkiləri
izlədilər.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə
Liqası ABŞ-ın
"AJF&Associates İnc.”
təşkilatı ilə
birgə, "İnsan
Hüquqları XXI əsr
- Azərbaycan” Fondu Fransanın "Opinion Way” Sosioloji
Tədqiqatlar İnstitutu
ilə birgə və RƏY Monitorinq Mərkəzi seçkilərdə
"exit poll” keçirdilər.
Bununla yanaşı,
1000 seçki məntəqəsində
internet vasitəsilə səsvermə
prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırılmışdı. İnternet istifadəçiləri
ölkə daxilindən
və xaricindən
MSK-nın internet səhifəsinə
daxil olaraq hər kəs üçün açıq
platformada və heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə
günü baş verən bütün prosesləri əvvəldən
axıradək izləmək
imkanına malik olmuşdular. Seçki günü
veb-kameralara baxış
230 mini keçmişdir.
Hər bir müraciət
araşdırıldı
Təbii ki, ideal seçki keçirmək mümkün
deyil. Hətta demokratik inkişaf
baxımından ən
uzun yolu qət edən ölkələrdə belə
seçkilər zamanı
hansısa qanunsuzluqlar,
səslərin düzgün
hesablanmaması kimi problemlər baş verir. Bu baxımdan
seçki kampaniyası
ərzində nöqsanların
baş verməsindən
tam sığortalanmaq olmur.
Azərbaycanda da seçki kampaniyası dövründə
və səsvermə günü xırda pozuntuların baş verməsi istisna deyil. Əsas odur ki, nöqsanların hamısı
araşdırılır və
düzgün hüquqi
qiymətini alır.
9 fevral parlament
seçkilərindən sonra
daxil olmuş müraciətlər ətraflı
və obyektiv araşdırıldıqdan sonra
müvafiq qərarlar qəbul olunur. Belə ki, daxil
olan müraciətlərin
tam, şəffaf və
hərtərəfli araşdırılması
nəticəsində MSK-nın
qərarı ilə
33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü,
74 saylı Lənkəran
kənd və 80 saylı İmişli - Beyləqan seçki dairələri üzrə
Milli Məclisə seçkilər etibarsız
sayılıb. Müxtəlif mənbələrdən - sosial
şəbəkələr, seçicilər tərəfindən
ünvanlanan müraciətlər
və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq, ümumilikdə, 328 seçki
məntəqəsi üzrə
səsvermənin nəticələri
ləğv olunub.
MSK həmçinin seçkilərin
hazırlanması, keçirilməsi
və nəticələrin
müəyyən olunması
zamanı fəaliyyətlərində
yol verdikləri nöqsanlara görə 87
seçki məntəqəsi
üzrə məntəqə
seçki komissiyalarının
buraxılmasına qərar
verib. Təbii ki, baş verən pozuntular seçkilərin ümumi
nəticəsinə təsir
etmək gücündə
deyil.
Demokratik inkişafın növbəti
təsdiqi
MSK-nın fevralın
25-də keçirilən iclasında
Milli Məclisə seçkilərdə ümumi
yekunların müəyyən
edilməsi ilə əlaqədar işlər
başa çatmış
hesab edilib. Seçkilərin ümumi yekunlarına dair yekun protokol
tərtib olunub və komissiya üzvləri tərəfindən
imzalanaraq təsdiqlənib.
Seçki Məcəlləsinin tələbinə uyğun
olaraq MSK-nın protokolu müvafiq sənədlərlə birlikdə
seçkilərin yekunlarının
təsdiq edilməsi üçün Azərbaycan
Respublikasının Konstitusiya
Məhkəməsinə təqdim
olunub.
Konstitusiya Məhkəməsi Plenumunun
dünən keçirilən
iclasında Milli Məclisə keçirilmiş
növbədənkənar seçkilərin
nəticələrinə dair
Mərkəzi Seçki
Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb. Bütün çıxışlar
və rəylər dinlənildikdən sonra elan olunan qərara
əsasən, Konstitusiya
Məhkəməsi Milli
Məclisə keçirilmiş
seçkilərin nəticələrini
təsdiq edib.
Beləliklə, Azərbaycanın siyasi həyatında mühüm
rol oynayan parlament seçkiləri tarixə qovuşdu. Uğurla başa
çatan seçki kampaniyası həm də Azərbaycanın demokratik inkişafının
növbəti təsdiqi
oldu. Bu seçki
bir daha göstərdi ki, Azərbaycan ictimaiyyəti
Prezident İlham Əliyevin təşəbbüsləri
ilə həyata keçirilən islahatları
dəstəkləyir.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 6 mart.- S.1;8.