Prezidentin səfərləri regionların
inkişafına əlavə
stimul verir
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev martın 3-də
Goranboy, Şəmkir və Qazax, martın 4-də isə Ağstafa və Tovuz rayonlarında səfərdə olub. Dövlət başçısı həmin
rayonlarda bir sıra sosial-iqtisadi obyektlərin açılışında
iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşüb,
onların istək və arzularını öyrənib.
Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veysəlli-Qazanbulaq-Borsunlu avtomobil
yolunun yenidən qurulmasından və bərpasından sonrakı
açılışında iştirak edən dövlət başçısına
məlumat verilib ki, uzunluğu 40 kilometr olan yol
üçüncü və
dördüncü texniki
dərəcəlidir, hərəkət
hissəsinin eni 7-8 metr arasında dəyişən yolda iki hərəkətli zolaq var. 32 min əhalisi olan 15 yaşayış məntəqəsini birləşdirən
yol əhalinin rahatlığını təmin
etməklə yanaşı,
regionun iqtisadi inkişafına təkan verəcək, istehsal edilən məhsulların
ölkənin müxtəlif
ərazilərinə rahatlıqla
daşınmasına şərait
yaradacaq.
Dövlətin həyata keçirdiyi sosial siyasət sayəsində son 16 ildə
səhiyyənin inkişafı
yüksək səviyyəyə
çatıb. Paytaxtla yanaşı, bölgələrdə
də müasir tələblərə cavab
verən yeni xəstəxanalar tikilərək
əhalinin ixtiyarına
verilib. Prezidentin sözügedən səfəri çərçivəsində
iştirakı ilə
açılışı olan 130 çarpayılıq
Goranboy Rayon Mərkəzi
Xəstəxanası da
bu siyahıya daxil olub. Cərrahiyyə, terapiya, pediatriya,
fizioterapiya, funksional diaqnostika, poliklinika, hemodializ şöbələrinin
fəaliyyət göstərdiyi
xəstəxanada xaricdə
istehsal olunan müasir tibb avadanlıqları quraşdırılıb.
Bununla yanaşı, tibb müəssisəsində
şüa-diaqnostika, reanimasiya,
qəbul, laboratoriya, təcili tibbi yardım və digər şöbələr,
yoluxucu xəstəliklər
korpusu, Məhkəmə
Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsi
fəaliyyət göstərir.
Prezident
İlham Əliyev xəstəxananın kollektivi
ilə görüşündə
səhiyyə sahəsində
görülən işlərdən
danışarkən demişdir:
"Son 16 ildə Azərbaycanın
ancaq bölgələrində
22 yeni xəstəxana,
15 diaqnostika müalicə
mərkəzi inşa
edilib, 28 mərkəzi
rayon xəstəxanası əsaslı
təmir olunub. Beş xəstəxananın tikintisi
isə davam edir. Beləliklə, ancaq bölgələrdə
70 müasir tibb ocağı istifadəyə
verilib. Əlbəttə ki, bu tibb ocaqları insanların sağlamlığına
xidmət göstərir.
Bakı şəhərində də
bir çox xəstəxanaların tikintisi,
təmiri artıq yekunlaşıb. Bütövlükdə son
16 ildə ölkəmizdə
700-dən çox tibb
müəssisəsi tikilib
və əsaslı təmir olunub”.
Dövlət başçısının göstərişi
ilə ölkədə
xalçaçılığın inkişafı istiqamətində
görülən işlər
bölgə əhalisi
tərəfindən rəğbətlə
qarşılanır. Bu isə səbəbsiz deyil. İlk növbədə xalqımız üçün
ənənəvi olan
sahə dirçəldilir,
digər tərəfdən
xüsusilə qadınlar
arasında işsizlik
aradan qaldırılır.
Eyni zamanda xalçaçılığın
inkişafı fermerlər
üçün də
sərfəlidir. Çünki onlar istehsal etdikləri yunu həmin müəssisələrə
satmaq imkanı qazanırlar. Prezidentin "Azərxalça” Açıq
Səhmdar Cəmiyyətinin
Goranboy filialının
fəaliyyəti ilə
tanış olması
da xalçaçılığın
inkişafına göstərilən
diqqətdən irəli
gəlir.
Prezident İlham Əliyev Qazax rayonuna səfəri zamanı Qazax Əhəng Zavodunun açılış
mərasimində də
iştirak edib. Dövlət başçısına məlumat
verilib ki, "Mətanət A” şirkətinə
məxsus "Azerlime”
əhəng zavodu ölkənin tikinti-quruculuq
işlərində mühüm
rol oynayır. 20
ildir inşaat materiallarının istehsalı
ilə məşğul
olan şirkətin tərkibinə quru inşaat qarışıqları,
gips əsaslı məhsulların buraxılışı,
boya, beton qatqıları, avadanlıq
və dəzgahların
istehsalı, açar
təhvili sahəsində
ixtisaslaşmış zavodlar
daxildir.
Dövlət başçısına şirkətin hazırda icra edilməkdə olan və perspektiv layihələri barədə də məlumat verilib. Bildirilib ki, daş yunu və gips lövhə zavodları artıq icra olunma mərhələsindədir. Bununla yanaşı, perspektiv layihələrdə illik istehsal gücü 300 min ton olan zənginləşdirilmiş kvars qum və illik istehsal gücü 200 min kubmetr olan yüngül bloklar zavodlarının tikintisi nəzərdə tutulur. Həmin müəssisələrin yaradılmasına 90 milyon manat investisiya qoyulacaq ki, burada dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Müəssisələrin yaradılması sayəsində 1000-ə yaxın daimi iş yeri açılacaq ki, bu da bölgədə məşğulluğun təmin edilməsinə töhfə verəcək.
Prezident İlham Əliyev müəssisənin açılış mərasimindəki çıxışında sahibkarlığın inkişafına yüksək önəm verdiyini vurğulayaraq demişdir: "Bu gün bu zavodun açılışı bir daha onu göstərdi ki, ölkəmizdə düzgün iqtisadi siyasət aparılır. Biz sahibkarlıqla bağlı həyata keçirilən tədbirlərin real nəticəsini görürük. Çünki bizim iqtisadiyyatımız özəl sektor hesabına inkişaf etməlidir. Dövlət sadəcə olaraq şərait yaratmalı, infrastruktur layihələri həyata keçirməlidir ki, sahibkarlar da bu işlə həvəslə məşğul olsunlar”.
Rüstəm
KAMAL
Azərbaycan.-2020.- 6 mart.- S.1;8.