Prezident İlham Əliyev Gürcüstanın
Müdafiə nazirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 5-də
Gürcüstanın Müdafiə naziri İrakli
Qaribaşvilini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurğulandı, Cənub Qaz Dəhlızinin uğurla reallaşmasının önəmi qeyd edildi.
Söhbət
zamanı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi
əməkdaşlığın, investisiya qoyuluşunun əlaqələrimizin
inkişafına töhfə verdiyi bildirildi.
Azərbaycan.-2020.- 6 mart.- S.5.