Azərbaycan İƏT-ə
maliyyə yardımı edib
Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə müraciətinə cavab olaraq qurumun Nigerdəki humanitar və inkişaf idarəsinin regional ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları məbləğində yardım edilib.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, İƏT-in sözügedən idarəsinin
regional ofisə çevrilməsi ilə əlaqədar qərar
2019-cu il martın 1-2-də Əbu-Dabidə keçirilmiş
İƏT Xarici İşlər Nazirləri
Şurasının 46-cı sessiyası və mayın 31-də
Məkkədə keçirilmiş İƏT-in Dövlət
və Hökumət başçılarının 14-cü
Sammitində qəbul olunub.
Azərbaycan.-2020.- 7 mart.- S.1.