Əyrilər əyri, düzlər
düz yazar!
Qlobal informasiya mühitinin yarandığı müasir dövrdə cəmiyyətin əsas strateji resursuna çevrilmiş informasiyanın rolu günbəgün artmaqdadır. Peşəkar mətbuatın məhsulu olan dürüst informasiya istənilən ölkənin siyasi, iqtisadi, müdafiə və s. kimi əsas təhlükəsizliklərinin vəziyyətinə təsir göstərmək iqtidarına malik bir qüvvəyə çevrilmişdir. Bu proses Azərbaycanda da sürətlə gedir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu sahədə görülən işlərdən xəbər verir. Qarşıya qoyulan əsas məqsəd informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Azərbaycanda informasiya cəmiyyətinin qurulması sahəsində məqsədyönlü işlər aparılır. Qeyd edək ki, son illər ərzində respublikada telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, yeni texnologiyaların tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə bir sıra Beynəlxalq Konvensiya və sazişlərə qoşulub. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura nəzarəti ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsindəki dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkəmizin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra respublikamızda aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə münbit şərait yaradıb. Jurnalistlərə peşəkarlıq, milli-mənəvi dəyərlərə hörmət, obyektivlik, vətənpərvərlik kimi meyarları fəaliyyətlərində əsas tutmağı tövsiyə edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin mart ayında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır ki, bu təsisatın da məqsədi Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən kütləvi informasiya vasitələrinə dövlət dəstəyini təmin etməkdir.
Yaşadığımız çağdaş dövrdə cəmiyyətdə cərəyan edən ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində kütləvi informasiya vasitələrinin rolu getdikcə artmaqdadır. Cəmiyyət həyatının bütün sahələrində kütləvi informasiya vasitələrinin qarşısında mühüm vəzifələr durur. Bu gün Azərbaycan mediası müasir informasiya cəmiyyəti quruculuğunda milli həmrəyliyin möhkəmləndirilməsi yolunda öz kəsərli sözünü deməli, hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalı, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında mühüm rol oynamaqla ictimai fikrin formalaşmasında aparıcı mövqe tutmalıdır.
Hərtərəfli obyektiv araşdırma aparmaqla oxucuya həqiqi məlumatı çatdırmaq, baş verənləri düzgün şərh etmək, fəaliyyətində jurnalistin tərəfsizlik prinsipinə qeyd-şərtsiz əməl etmək öz vəzifə borcunun icrasında hər bir media nümayəndəsinin rəhbər tutmalı olduğu mühüm amildir. Kütləvi informasiya vasitələri Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsiplərinə ciddi riayət etməklə ictimailəşdirdiyi hər bir informasiyanın məsuliyyətini dərk etməli, oxuculara təqdim edilən yazıda heç kimin şərəf və ləyaqətinə toxunmamalı, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdırlar.
Bakı Metropoliteni paytaxtın rəmzlərindən
biridir. Elə buna görə Ulu Öndər Heydər
Əliyev Bakı Metropolitenini Azərbaycan xalqının milli
sərvəti adlandıraraq ona ən böyük tarixi qiymətini
verib. Ümummilli Lider metro
inşaatçıları və
istismarçılarının əməyinin nə qədər
dəyərli olduğunu həmişə qeyd edib, onlara
hörmət və ehtiramını ifadə edib. Ənənələrə sədaqət bu gün də
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev kursunun başlıca qayəsidir.
"Bakı Metropoliteni” QSC Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
göstərdiyi yüksək diqqət və qayğı nəticəsində
bu nəqliyyat növünün movcud infrastrukturunun qorunub
saxlanılması, inkişaf etdirilməsi və yeni
texnologiyaların tətbiq edilməsi, bununla da sərnişinlərin
təhlükəsizliyinin təmin edilməsi istiqamətində
son illərdə irihəcmli işlər görüb. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289
saylı sərəncamına əsasən, Bakı
Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin
yenidən təşkili yolu ilə "Bakı Metropoliteni”
Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasından sonra
Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm
qoyub. Təsis olunduğu tarixdən keçən zaman kəsiyində
müəssisənin əmək kollektivinin fədakar əməyi
sayəsində vahid bir təsərrüfat kompleksi olan metropolitenin
maddi-texniki bazası gücləndirilməklə
yanaşı, bütün sahələrdə, o cümlədən
paytaxtın yol-nəqliyyat infrastrukturunda yüksək beynəlxalq
standartların tətbiqinə nail olmaq, göstərilən nəqliyyat
xidmətini müasir tələblər səviyyəsinə
qaldırmaq, müasir korporativ idarəetmə mexanizmlərini
tətbiq etməklə kadrların düzgün seçilməsi,
yerləşdirilməsi, bilik səviyyələrinin
artırılması istiqamətində köklü islahatlar
aparmaqla şəffaf fəaliyyəti ilə nümunəvi bir
müəssisənin formalaşdırılmasına nail olunub.
Dəqiqlik, qərəzsizlik, vicdanlı olmaq, operativlik və
bu qəbildən olan digər kriteriyalar mətbuatda əsas
prinsiplər sayılır. Amma heç də
bütün jurnalistlər, mətbu orqanlar öz fəaliyyətlərində
bu prinsiplərə əməl etmirlər. Bu qəbildən
olan bəzi kütləvi informasiya vasitələri öz natəmiz
əməlləri ilə Azərbaycan Jurnalistlərinin Peşə
Davranışı Qaydalarının təməl prinsiplərini
pozur, qarşı tərəfin fikirlərinin dərcinə
önəm vermədən dəqiqləşdirilməmiş,
qeyri-obyektiv məlumatları imkanlarından sui-istifadə etməklə
yayaraq ictimaiyyətdə yaradıcı insanlar, əmək
kollektivlərindəki idarəetmə sistemləri barədə
mənfi fikir formalaşdırmağa, ayrı-ayrı müəssisələr
üzrə əldə edilən nailiyyətləri sıravi vətəndaşın
gözündən salmağa cəhd etməklə zəhmətkeş
fərdlərin kollektiv qarşısında nüfuzuna xələl
gətirməyə çalışır, vətəndaşların
heysiyyətinə toxunur, şəxsi həyatın
toxunulmazlığı prinsipinə laqeyd yanaşaraq səhifələrində
insanların şərəf və ləyaqətini
aşağılamaqdan belə çəkinmirlər.
Belə
ki, pressinfo.az internet saytında "Bakı Metropoliteni”
Qapalı Səhmdar Cəmiyyətində görülən
işlərə, əldə olunan böyük nailiyyətlərə
kölgə salmağa çalışan bir qrup şəxslərə
istinadən yalan və qərəzli, şər və
böhtan dolu 2018-ci ilin 25 oktyabr tarixində "Bakı
Metropolitenində irtica dərinləşir”
başlıqlı, 28 noyabr tarixində "Bakı Metropoliteni
real təhlükə qarşısında” başlıqlı
və 31 dekabr "ÖLÜM TUNELİ - 2019: Bakı
Metropoliteni faciənin astanasında” başlıqlı
yazılar verilmişdi. Saytın baş direktoru Nüşabə
Əhmədin müəllifliyi ilə ictimailəşdirilən
həmin məqalələr əslində həqiqi jurnalist,
obyektiv kütləvi informasiya vasitəsi adına
ləkə gətirən qərəzli yazılardır.
Yaydığı
qərəzli yazılarda adıkeçən saytın rəhbərliyi
ictimai nəqliyyat növləri arasında kütləviliyi ilə
aparıcı mövqe tutan Bakı Metropoliteninin inkişaf
etdirilməsi istiqamətində dövlət
başçısının məqsədyönlü siyasətini
şübhə altına qoymaqla bu ictimai nəqliyyat
növündən istifadə edən sərnişinlərdə
qorxu xofu və milli sərvətimiz olan Bakı metropoliteninə
inamsızlıq hissi yaratmağa cəhdlər göstərir
ki, bu da ölkəmizin inkişafı və cəmiyyətdə
ictimai sabitliyin qorunması kimi dövlət əhəmiyyətli
məsələlərin həllinə pozuculuq təsirini
açıq-aydın göstərir. İctimaiyyətdə
"Bakı Metropoliteni” QSC və onun vəzifəli şəxsləri
barədə mənfi rəy və yanlış fikir
formalaşdırmaq məqsədi güdən həmin
yazılarda məkrli niyyət aşkar şəkildə
özünü büruzə verir, kollektivin fədakar əməyinə
xələl gətirilir.
Jurnalistikanın təməl prinsiplərinə məhəl
qoymadan "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində
görülən işlərə, qısa müddətdə
əldə olunan ciddi nailiyyətlərə kölgə
salmağa çalışan həmin şəxslərin yalan
və qərəzli, şər və böhtan dolu mülahizələrinə
istinadən pressinfo.az internet saytından öncə miq.az
internet saytında da yazılar yer almışdı. "Kütləvi informasiya
vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun
44-cü maddəsinə əsasən kütləvi informasiya
vasitəsində fiziki və hüquqi şəxslərin
şərəf və ləyaqətini ləkələyən,
böhtan və təhqir xarakterli məlumatlar verildikdə,
fikirlər təhrif olunduqda fiziki şəxsin
özünün və ya nümayəndəsinin, hüquqi
şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli
nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində
bir ay müddətində cavab vermək, həqiqətə
uyğun olmayan məlumatın təkzib olunmasını,
düzəliş verilməsini, habelə üzr istənilməsini
tələb etmək hüququnun olduğunu rəhbər
tutaraq "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin
Azərbaycan Mətbuat Şurasına müraciəti əsasında
Azərbaycan Mətbuat Şurasının Şikayətlər
üzrə Komissiyası tərəflərin iştirakı ilə
iclas keçirmişdir.
İclasda Mətbuat Şurasının media ilə
dövlət qurumları arasında körpü rolu
oynadığını qeyd edən komissiya üzvləri qərara
almışlar ki, tərəflər məsələnin
müsbətə doğru həlli istiqamətində müəyyən
addımlar atmalıdırlar. Tərəflərin
arqumentləri dinlənildikdən sonra miq.az saytının rəhbərliyi
bildirmişdir ki, dərc olunmuş yazılar digər internet
resurslarında və sosial şəbəkələrdə
yayıldığına görə dəqiqləşdirilməsi
zaman tələb etdiyindən operativ xəbər prinsipinə
uyğun saytda yerləşdirilib ki, bu da həmin nöqsanların
baş verməsinə səbəb olub. Azərbaycan Mətbuat
Şurasının Şikayətlər üzrə
Komissiyası miq.az saytı tərəfindən "Azərbaycan
Jurnalistlərinin Peşə Davranışı
Qaydalarının”nın bir sıra prinsiplərinin
pozulması faktlarını, habelə Azərbaycan Mətbuat
Şurasının 9 aprel 2003-cü il tarixli qərarı ilə
təsdiq edilmiş şikayətlərin verilməsi və
onlara baxılması qaydalarının 8-ci bəndini rəhbər
tutaraq 18 sentyabr 2018-ci il tarixində keçirilmiş
iclasının 157ą-li qərarı ilə həmin xəbər
saytının "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
haqqında müxtəlif vaxtlarda yaydığı materiallarda
"Azərbaycan Jurnalistlərinin Peşə
Davranışı Qaydaları”nın prinsiplərinin
pozulması faktlarının yer alması və ictimailəşdirilmiş
materialların subyektiv mülahizələrə əsaslanması
səbəbindən bununla bağlı təkzib verilməsinin
zəruriliyini adıkeçən xəbər saytının
nəzərinə çatdırmışdır. Miq.az xəbər saytı "Bakı Metropoliteni”
Qapalı Səhmdar Cəmiyyəti haqqında və ictimailəşdirdiyi
materiallarda göstərilən faktların subyektiv jurnalist
mülahizələrinə əsaslandığını qəbul
edərək, xəbər saytında bununla bağlı yerləşdirilmiş
materiallarla əlaqədar təəssüf hissi
keçirdiyini ifadə etməklə müəyyən
edilmiş qaydada 19.10.2018-ci il tarixində təkzibin saytda yerləşdirilməsini
təmin etmişdir.
Eyni şəxslərin yalan və qərəzli, şər
və böhtan dolu mülahizələrinə istinadən
pressinfo.az internet saytında həmin saytın baş direktoru
Nüşabə Əhmədin müəllifliyi ilə
ayrı-ayrı tarixlərdə yerləşdirilmiş
materiallara münasibətdə pressinfo.az internet saytında
müvafiq təkzib verilməsi ilə bağlı
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan
Mətbuat Şurasına müraciət etmişdir. Müraciət
əsasında Azərbaycan Mətbuat Şurasının
Şikayətlər üzrə Komissiyası tərəflərin
iştirakı ilə iclas keçirmiş,
araşdırmanın nəticəsi olaraq həmin saytın
baş direktoru Nüşabə Əhmədin müəllifliyi
ilə ayrı-ayrı tarixlərdə həmin saytda yerləşdirilmiş
materiallarda balans prinsipinin ciddi pozulması aşkar
edilmişdir. Azərbaycan Mətbuat Şurasının
Şikayətlər üzrə Komissiyasının 05 fevral
2019-cu il tarixli iclasının qərarı ilə
qarşı tərəfin münasibətini öyrənmədiyinə
və əsaslandırılmamış fikirlərə yer
verdiyinə görə saytın baş direktoru Nüşabə
Əhmədə Mətbuat Şurası tərəfindən xəbərdarlıq
edilmiş və saytın rəhbərliyinə qarşı tərəfin
rəyini dərc etmək tövsiyə olunmuşdur.
"Bakı Metropoliteni” QSC-nin rəhbərliyi müəssisənin
rəhbər şəxslərinin, o cümlədən
ictimaiyyətdə "Bakı Metropoliteni” QSC və onun vəzifəli
şəxsləri barədə mənfi rəy və
yanlış fikir formalaşdırmaq məqsədi güdən
həmin şəxslərin və pressinfo.az internet
saytının baş direktoru Nüşabə Əhmədin
iştirakı ilə geniş tərkibdə
görüşünü təşkil etmiş, həmin
görüşdə bütün təsdiqedici sənədlər
Nüşabə Əhmədin diqqətinə
çatdırılaraq ona bildirilmişdir ki, məqalənin
müəllifi kimi, bir neçə şəxsin heç bir
hüquqi əsası olmayan subyektiv mülahizələrinə
istinadən rəhbəri olduğu saytda ictimailəşdirilmiş
məqalələrə görə o da məsuliyyət
daşıyır. Həmin görüşdə Nüşabə
Əhmədə tövsiyə olunmuşdur ki, Azərbaycan
Jurnalistlərinin Peşə Davranışı
Qaydalarının prinsiplərinə ciddi riayət etməklə
ictimailəşdirdiyi hər bir informasiyanın məsuliyyətini
bir jurnalist kimi dərk etmək onun vəzifə borcu
olduğuna görə müəyyən edilmiş qaydada rəhbəri
olduğu xəbər saytında təkzib versin, əks təqdirdə
kütləvi informasiya vasitəsində fiziki və hüquqi
şəxslərin şərəf və ləyaqətini ləkələyən,
böhtan və təhqir xarakterli məlumatlar verildikdə,
fikirlər təhrif olunduqda həqiqətə uyğun olmayan
məlumatın təkzib olunmasını və rəsmi
üzr istənilməsini tələb etmək hüququnun
olduğunu rəhbər tutaraq "Bakı Metropoliteni” QSC məhkəməyə
müraciət etmək məcburiyyətində qalacaqdır. Qanunvericiliklə nəzərdə tutulmuş
bütün qanuni tədbirləri həyata keçirməsinə
baxmayaraq adıkeçən saytda müvafiq təkzib dərc
edilmədiyindən "Bakı Metropoliteni” QSC işgüzar
nüfuzunun müdafiəsi və dəymiş zərərin əvəzinin
ödənilməsinə dair məhkəməyə müraciət
etmək hüququndan istifadə edərək cavabdehlərə
qarşı aidiyyət prinsipi əsasında Sabunçu Rayon
Məhkəməsində iddia qaldırmışdır.
Sabunçu
Rayon Məhkəməsi "Bakı Metropoliteni” QSC-nin
pressinfo.az, araz.az saytları ilə bağlı iddia ərizəsinə
baxaraq "Bakı Metropoliteni” QSC barəsində həqiqətə
uyğun olmayan məlumatların yayımına görə,
"pressinfo.az” saytının baş redaktoru Əhmədova
Nüşabə Bəyoğlan qızının
yazılı şəkildə həmin internet saytında yerləşdirilməklə
"Bakı Metropoliteni” QSC-dən üzr istəməsi və
rəhbərlik etdiyi saytda yerləşdirdiyi bütün
materialları "Təkzib” başlığı altında
yerləşdirməsinə dair, həmçinin araz.az
saytının təsisçisi və baş redaktoru Mustafayev
Hüseyn Əziz oğlunun da "Bakı Metropoliteni” QSC-dən
yazılı şəkildə rəhbəri olduğu internet
saytında yerləşdirilməklə üzr istəməsi
və saytında yerləşdirdiyi həqiqətə
uyğun olmayan yazının linkində "Təkzib”
başlığı altında yerləşdirilməsi barədə
qətnamə çıxarmışdır. Eyni zamanda məhkəmənin
qətnaməsi ilə Şixəliyev Fikrət Sərvər
oğlu, Abdullayev Nazim Mədət oğlu, Əhmədova
Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə
oğlu və Mustafayev Hüseyn Əziz oğlundan müştərək
qaydada vurulmuş mənəvi zərərin əvəzi olaraq
500 manat pul tutularaq "Bakı Metropoliteni” QSC-nin xeyrinə
ödənilməsi qət edilmişdir.
Mətbuat cəmiyyətin aynasıdır. Azərbaycan
Konstitusiyasında söz və mətbuat
azadlığının öz əksini tapması ölkədə
medianın azad və güclü bir cəmiyyət institutu
kimi formalaşmasına təkan verib. Hüquqi dövlət
və açıq cəmiyyət quruculuğu yolunu seçən
müstəqil Azərbaycanımızda mətbuatın
dövlət və cəmiyyət həyatındakı roluna
mühüm önəm verilir ki, bütün bu proseslərin əsas
iştirakçıları, əldə olunan nəticələrin
əsas səbəbkarları öz fəaliyyətlərində
dövlətin, xalqın mənafelərini daim uca tutan, peşə
etikasına ciddi riayət edən, obyektivlik, qərəzsizlik
prinsiplərini özlərinin həyat amalına çevirən
Azərbaycan jurnalistləridir. Təəssüf ki, bu gün
ifrat siyasiləşmiş, ayrı-ayrı şəxslərin
təsiri altına düşmüş bəzi "jurnalistlər”
qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə
obyektiv baxış kimi başlıca prinsipləri mütəmadi
qaydada pozur, ayrı-ayrı dövlət məmurlarının,
ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf
və ləyaqətinə toxunan yazılar yazmaqla qeyri-peşəkarcasına
bazara "isti” xəbər çıxarmaq adı ilə
jurnalistikanın başlıca prinsiplərinə zidd olaraq
obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan,
böhtan və dezinformasiyaların mətbuata
çıxmasına şərait yaradırlar. Halbuki
hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən
insan hüquqlarını, demokratik prinsipləri və etik
davranış qaydalarını nəzərə
almalıdır. Jurnalistikanın bu tələblərinin
pozulması halları təkcə əmək kollektivlərində
deyil, cəmiyyətdə də haqlı narazılıqlara səbəb
olur. Belə ki, "Bakı Metropoliteni” QSC-dən üzr
istəməsi və rəhbərlik etdikləri saytlarda
yayımladıqları müvafiq materialları "Təkzib”
başlığı altında yerləşdirməsinə
dair barələrində məhkəmə qətnaməsi olan
pressinfo.az, araz.az xəbər saytlarında dərc olunmuş məqalələrlə
analogiya təşkil edən yazılar yaxın günlərdə
digər kütləvi informasiya vasitəsi olan "Hürriyyət”
qəzetində də yer almışdır. "Hürriyyət”
qəzetinin 1-3 fevral 2020-ci ilin ą11 (2983) və 4-5 fevral 2020-ci
ilin ą12 (2984) buraxılışlarında "Bakı
Metropoliteni” QSC barəsində həqiqətə uyğun
olmayan, "Bakı Metropoliteni” QSC-nin işgüzar nüfuzuna
ciddi xələl gətirən "Zaur Hüseynov
"Bakı Metropoliteni”ni məhvə aparır” və
"Bakı Metropoliteni”nin işçiləri "həyəcan
təbili” çalır” başlıqlı məqalələr
qarşı tərəfin münasibətini öyrənmədən
çap olunmuşdur. Heç bir əsası olmayan və ən
əsası isə pressinfo.az, araz.az xəbər
saytlarındakı yazılarda yer alan eyni
ittihamların təkrarlanması ilə müşayiət
olunan həmin məqalələrin həqiqətə uyğun
olmaması səbəbindən həmin mətbu orqanın da
növbəti buraxılışında təkzib verilməsinə
dair "Bakı Metropoliteni” QSC tərəfindən
adıkeçən kütləvi informasiya vasitəsinə
müraciət ünvanlanmışdır.
Fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq quran "Bakı Metropoliteni” QSC yarandığı ilk gündən heç bir fərq qoymadan ölkə mediasına daim açıq olub. Metropolitenin ictimai əhəmiyyətli bir qurum və şəhərin ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı vasitəsi olduğu nəzərə alınaraq müəssisədə şəffaflıq, obyektivlik və operativlik kimi keyfiyyətlər daim prioritet kriteriyalar sayılır. Eyni zamanda "Bakı Metropoliteni” QSC bu sahədə çağdaş dövrün bütün imkanlarından istifadə edərək həm rəsmi internet saytı, həm də sosial şəbəkələrdəki səhifələri vasitəsilə ictimaiyyətə daim açıq bir təşkilat olduğunu təsdiqləyir.
"Bakı Metropoliteni” QSC-nin bütün aidiyyəti idarəetmə strukturlarının fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun qurulmuşdur ki, müəssisənin həm istismar, həm tikinti, eyni zamanda, digər struktur vahidlərində aparılan quruculuq işləri barədə, tətbiq edilən texnoloji yeniliklər haqqında müəssisədə fəaliyyət göstərən elektron portal vasitəsilə əmək kollektivinin hər bir üzvü, o cümlədən səhmdar cəmiyyətin rəsmi internet saytı vasitəsilə respublika ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır, istər metropolitendə çalışan işçilərin, istərsə də kənar şəxslərin "Bakı Metropoliteni” QSC-yə ünvanlanmış müraciətlərinə və ya şikayətlərinə "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılır, müəssisəyə ünvanlanmış hər bir vətəndaşın təklifi dəyərləndirilir, tənqidlərə açıq mövqe və obyektiv yanaşma nümayiş etdirilir.
Xüsusi olaraq qeyd edilməlidir ki, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə mətbu orqanların üzərinə daha məsul vəzifələr düşür. Yeni mərhələnin reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ölkə ictimaiyyəti dövlətin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi, milli təəssübkeşlik tələb edir.
Respublika
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən uzaqgörən,
çoxşaxəli və səmərəli dövlət
siyasətinin məntiqi nəticəsi olaraq əminik ki, mətbuatımız
daha da saflaşacaq, təkmilləşəcək, öz fəaliyyətində
peşəkar jurnalistika prinsiplərini rəhbər tutaraq cəmiyyətin
obyektiv informasiya ilə təminatında öz
sözünü deyəcəkdir.
Bəxtiyar
MƏMMƏDOV,
"Bakı Metropoliteni” QSC-nin mətbuat
xidməti və
ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi
Azərbaycan.-2020.- 7 mart.- S.5.