Monolit birlik və mütəşəkkil siyasi
qüvvə
Yeni Azərbaycan Partiyasının
möhtəşəmliyi cəmiyyətin
bütün sosial-ictimai
maraqlarını ifadə
etməsidir
Azərbaycanda siyasi partiyaların yaradılması sovetlərin
70 illik hakimiyyətinin
süqutundan, dövlət
müstəqilliyinin bərpasından
sonra hərəkata çevrilmişdir. Müxtəlif adlar, məram
və məqsədlər
altında hakimiyyətə
iddialı görünən
bəzi siyasi təşkilatlar qısa zamanda mübarizə meydanlarında ya məğlub oldular, ya da digərləri
ilə birləşərək
"başqa bayraq” altına keçib əriyib itdilər. Dövlət
müstəqilliyinin bərpasının
ilk illərində Ulu
Öndər Heydər
Əliyevin də rəhbərliyi ilə bir partiya yaradıldı.
O zaman hakimiyyətə müxalif olan bu siyasi təşkilatın
sıralarına daha çox üzv qəbul edilməsinin müxtəlif səbəbləri
var idi. Onlardan ən birincisi bu partiyanın yaradıcısının ictimai-siyasi
baxışları və
nüfuzu, dövlətçilik
qanunlarının bilicisi,
qranit iradəsi, mübarizliyi ilə xalqın sevimlisinə çevrilməsi idi.
Digər
amilləri və səbəbləri sadalamağa
ehtiyac duymasaq da, bir faktı
unutmamalıyıq. O zamankı
hakimiyyəti zəbt etmiş iqtidarın qısa zaman kəsiyində dövlət
idarəçiliyindəki təcrübəsizliyini
gördüyü üçün
AXC-Müsavat cütlüyünün
bəzi sıravi üzvləri də lideri Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasına üz tuturdular. Qısamüddətli hakimiyyəti dövründə
həmin cütlüyün
fəaliyyətsizliyi bu
prosesi daha da gücləndirdi. Məhz bunun nəticəsində xalq hakimiyyətin Ümummilli Lider Heydər Əliyevin ideyalarını gerçəkləşdirmək
yolunda siyasi mübarizə meydanında
daha çox səs toplayan Yeni Azərbaycan Partiyasına verilməsini
tələb etdi.
Digər siyasilərin və ictimaiyyətin nümayəndələrinin
dəfələrlə qeyd
etdiyi kimi, Yeni Azərbaycan Partiyası ölkəmizin
siyasi təşkilatları
arasında daha çox nüfuz qazanıb. YAP-ın sədri kimi, Prezident İlham Əliyevin bu siyasi təşkilatın fəaliyyət istiqamətini
düzgün müəyyənləşdirməsi
onun nüfuzunu ildən-ilə artırmaqdadır.
YAP-ın nüfuzunun artması həm də onun sıralarında
bu təşkilatın
yaradıcısı olan
Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi
üçün var qüvvəsi ilə çalışması ilə
bağlıdır.
Yeganə
siyasi qurumdur ki, 1993-cü ildən hakimiyyətdə olan YAP-ın respublikamızın
bütün bölgələrində,
rayonlarda, hətta ən ucqar yaşayış
məntəqələrində ilk təşkilatları fəaliyyət
göstərir, dinindən
və dilindən asılı olmayaraq, milyonlarla vətənpərvər
azərbaycanlını bir
ideya ətrafında birləşdirir.
Heç kimə sirr deyil ki, YAP Azərbaycanın
son dərəcə ağır
günlərində - ölkədə
hərc-mərcliyin baş
alıb getdiyi bir dövrdə yaradılıb. O vaxtlar respublikamızda bir sıra siyasi partiyalar fəaliyyət göstərsə də, aralarındakı daxili çəkişmələr imkan
verməyib ki, ölkədəki ictimai-siyasi,
hətta humanitar böhran aradan qaldırılsın. Odur ki, Azərbaycanın siyasi müstəqilliyi sual altında idi. Bunu görən, xalqının
taleyinə laqeyd qala bilməyən nəinki ziyalılar, sadə xalq belə ölkəmizin işıqlı gələcəyi
naminə, yeni çağırışlara cavab
verə biləcək
bir siyasi təşkilat yaratmaq təşəbbüsü ilə
çıxış etdilər.
Bu ideya onları,
başda Ümummilli Lider Heydər Əliyev olmaqla, Yeni Azərbaycan Partiyasını yaratmağa
sövq etdi.
1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirildi və Yeni Azərbaycan
Partiyasının Proqram
və Nizamnaməsi qəbul edildi, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın
yeniliyə açıq,
xalqın partiyası adlanan - Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın ötən illərdəki inkişaf tarixi göstərdi ki, bu siyasi təşkilatın təməlini qoyanlar və yaradanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni yüksəlişinin istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycanın siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyi odur ki, o, cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisidir. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın strateji proqramında ana xətti təşkil edir.
Ölkədə ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə xalqımızın və müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat kimi tanındı. Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox üzvü sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və davamlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.
Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyini möhkəmləndirdiyi Azərbaycanın hərtərəfli inkişafı Prezident İlham Əliyevin həmin siyasəti layiqincə davam etdirməsinin nəticəsidir.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasından ötən 27 illik tarix də göstərir ki, bu sırada addımlayan yaşından və vəzifəsindən asılı olmayaraq hər bir YAP üzvü vətənə, xalqa, dövlətə sədaqətli xidmətləri ilə daim seçiliblər. Bu təşkilatda həmin ideyaların gerçəkləşməsi yolunda aparılan mübarizədə fəal olan 32 min nəfərdən artıq üzv vardır ki, onlardan 12 min 347-si gənclərdən ibarətdir. Sıralarında 13 min 674 nəfər qadını birləşdirən YAP Yasamal rayon təşkilatının gənclərindən biri kimi qürur hissi keçirirəm. Çünki YAP Yasamal rayon Gənclər Birliyində həmin vətənpərvərlərlə eyni sıradayam. YAP Yasamal rayon gəncləri də Ümummilli Liderin ideyalarına daim sadiq olmaları ilə seçilirlər. Onlar bu gün Azərbaycan Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər. Bu birliyin formalaşmasında, əlbəttə, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun xidmətləri az olmayıb.
"Nə qədər ki, Azərbaycan var, mən də var olacam” deyən Ulu Öndərin qurduğu Azərbaycan daimidir, əbədidir. Bu sırada YAP-ın da daimi olacağına əminik!
Əsmər
NƏBİYEVA,
YAP Yasamal Rayon Təşkilatı
Gənclər Birliyinin sədr müavini
Azərbaycan.-2020.- 8 mart.- S.4.