Ən böyük
uğurlarımız irəlidədir
2019-cu ildə Azərbaycanda gənclər siyasəti sahəsində 143 tədbir keçirilib. Onlardan 124-ü yerli, 19-u isə beynəlxalq səviyyəli olub. Regionlarda nazirlik tərəfindən 129 kütləvi aksiya təşkil edilib.
Həmçinin 206 gənc xarici ölkələrə ezam olunub, 1308 gənc isə Azərbaycana gəlib. Azərbaycan Gəncləri Günü münasibətilə ötən il fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən gənclərin respublika toplantısında 3500-dək gənc iştirak edib. Həmin toplantıda 6 nəfərə "Gənclər üçün Prezident Mükafatı” təqdim olunub.
***
48 ölkədən 109 gəncin iştirak etdiyi Dünya Azərbaycanlı Gənclərin II Konqresi, Türk Şurası Gənclər Platformasının Birinci Baş Assambleyası, Qoşulmama Hərəkatının Gənclər Sammiti, "Xəzər kuboku” VII Beynəlxalq turniri, "Nə, Harada, Nə zaman” XVII dünya çempionatı, breyn-rinq intellektual oyunu üzrə Prezident Kuboku uğrunda beynəlxalq turnir ölkəmizdə yüksək səviyyədə təşkil olunub. İyirmi ölkədən 70 gəncin iştirak etdiyi "Həmişə gənc ol!” şüarı altında "Youthvision” beynəlxalq mahnı müsabiqəsi tamaşaçılarda xoş təəssüratlar yaradıb. Eyni zamanda, İslam dünyasının gənc klassik musiqi ifaçılarının VIII Beynəlxalq müsabiqəsi, IX Beynəlxalq uşaq muğam müsabiqəsi, "Əlilliyi olan gənclərlə sosial iş üzrə innovativ texnologiyalar: problemlər və perspektivlər” adlı beynəlxalq konfrans və digər tədbirlər də müvəffəqiyyətlə təşkil olunub.
***
Hazırda ölkədə 40 Gənclər Mərkəzi fəaliyyət göstərir. Onlardan 12-si Gənclər və İdman Nazirliyinin tabeliyindədir və "Gənclər evi” sosial xidmət müəssisəsi kimi rəsmi qeydiyyata alınıb. Digər 27-si isə müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən inşa edilib. Onların fəaliyyəti məxsus olduqları qurum tərəfindən tənzimlənir.
Yaxın zamanlarda Masallı və Goranboy rayon Gənclər Evi də nazirliyin tabeliyinə veriləcək.
İ.ƏLİYEVA
Azərbaycan.-2020.- 8 mart.- S.4.