Koronavirus: ehtimallar imkanlar

 

 

Dünya miqyasında koronavirusun meqoiqtisadiyyata təsiri pandemiya həddinə çatmışdır. İlkin məlumatlar qlobal iqtisadi artımın bu il proqnozlaşdırılan 2,9 faiz əvəzinə cəmi 1,5 faiz olacağını ehtimal edir. Bu isə artımın iki dəfə azalması deməkdir.

Əsas zərbə virusun baş qaldırdığı Çinə dəyir. Yaponiyada, Koreyada Avstraliyada da iqtisadi artım tempi geriləməkdədir. Ötən həftə maliyyə bazarlarında ümumən 3 trilyondan artıq, o cümlədən inkişaf etməkdə olan ölkələr üzrə 1,1 trilyon dollar ucuzlaşma qeydə alınmışdır. Çinin "qara qızıl”a olan tələbatı azaldıqca "Brent” markalı neftin qiyməti aşağı düşür. Artıq "Brent” markalı neft yanvar ayından indiyədək 26 faiz ucuzlaşmışdır.

Bu il həmçinin hava nəqliyyatından istifadənin azalmasına görə 29,3 milyard dollar itki olacağı proqnozlaşdırılır. Yalnız yanvar ayında çinli turistlərin axınının kəsilməsi üzündən Avropanın turizm sənayesi 1 milyard avroluq itkiyə məruz qalmışdır.

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı koronavirusun ölkəmizin iqtisadiyyatı üçün müəyyən çətinliklər yaradacağını istisna etmir: "Neftin barelinin hətta bir dollar aşağı düşməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 milyon dollar təsir edəcək. Lakin Azərbaycanın strateji valyuta ehtiyatlarının 52 milyard dollar olması ÜDM-in həcmini 8 faizdən çox üstələyir bu da imkan verir ki, ölkənin fiskal dayanıqlığı təmin olunsun. Eyni zamanda Azərbaycanda xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 17 faizdir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Bütövlükdə dövlət, qeyri-dövlət sektorları üzrə xarici borcumuz təhdidedici səviyyədə deyildir. Digər tərəfdən, Azərbaycanda yığım səviyyəsi çox yüksəkdir bank sektoru əvvəlki böhrandan lazımi nəticələr çıxarmış immunitet qazanmışdır. Hazırda Azərbaycanda geniş mənada pul kütləsi 28,5 milyard manatdır. Kommersiya banklarının balansının müsbət zonada olması xarici şoklara qarşı bank sektorunun daha dözümlü olmasına imkan yaradır”.

Reallıq ondan ibarətdir ki, koronavirus qlobal iqtisadiyyatda böhran səviyyəsinə çata biləcək şok effekti yaratmışdır. Böhran sözü Çin dilindən təhlükələr imkanlar kimi tərcümə edilir. Bu prizmadan yanaşanda Azərbaycan da qlobal iqtisadiyyatın bir parçasıdır. Dünya çapında baş verən bütün proseslər, o cümlədən mənfi təmayüllər bizim üçün təsirsiz ötüşməyir. Ticarət, nəqliyyat, logistika, turizm s. kimi sahələrdə müəyyən çətinliklərin yaranma ehtimalını inkar etmək mümkün deyil. Azərbaycanda koronavirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirlər görülür eyni zamanda, təklifləri nəzərdən keçirəndə o da aydın olur ki, hökumət eyni zamanda çevik addımlar atır müsbət perspektivlərə köklənmək məqsədilə müəyyən ideyaları nəzərdən keçirir.

Zərurət yaranarsa, ÇXR ilə olan idxal-ixracımızı başqa ölkələrlə, o cümlədən Türkiyə ilə əvəzləmək mümkündür. Hazırda ticarət sahəsində yarana biləcək hər hansı bir problemi fürsətə çevirmək istiqamətində işlər gedir. Türkiyə ilə bağlanan Preferensial Ticarət Sazişiimkan verəcək ki, həmin mallar Azərbaycan bazarında daha ucuz olsun. O da maraqlıdır ki, Çindən və İrandan koronavirusa görə dünya bazarlarına xüsusən meyvə-tərəvəz və içki ixracı azalır. Bu isə Azərbaycana imkan verir ki, daha yüksək qiymətə və daha çox həcmdə həmin məhsulların ixracını genişləndirsin, xarici bazarlarda yeni mövqelər tutsun. Artıq Azexport.az portalına meyvə-tərəvəz və kartof üçün daha çox ixrac sifarişləri gəlməyə başlamışdır. Eyni zamanda yaranmış vəziyyətdə Azərbaycan həm də idxalı əvəzləmə imkanlarına malik olacaq. Bu isə cari əməliyyatlar balansına müsbət təsir göstərəcək.

V.Qasımlı qeyd edir ki, artıq dünyanın bir çox hava yolu şirkətləri, turoperatorları ciddi itkilərlə üzləşir. Cənub-Şərqi Asiya ölkələrinə səyahət planlaşdıranların böyük bir hissəsi səfərlərini təxirə salır. Bu səbəbdən turizm sektorunun zərərləri astronomik rəqəmlərlə ölçülə bilər. 2019-cu ildə Azərbaycandan İrana 2 milyon nəfər gedibİrandan Azərbaycana 256 min nəfər gəlib. Yəni ölkəmizdən İrana gedənlər oradan gələnlərdən 8 dəfə çoxdur. Bu isə o deməkdir ki, bu problem uzandığı halda Azərbaycanın İranla turizm balansında bizim xeyrimizə dəyişiklik olacaq. Ümumiyyətlə, dünya turizmində geriləmə Azərbaycandan xaricə gedənlərin sayına bir tərəfdən mənfi təsir etsə də, digər tərəfdən, ölkənin valyuta balansına müsbət təsir göstərəcək.

Azərbaycan dövləti üçün vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi öndə gedən məsələdir. Məhz bu baxımdan koronavirus ilə bağlı qərarlar operativ qəbul olunur. Eyni zamanda Azərbaycan kimi sabit, enerji daşıyıcıları və əmək qüvvəsi ucuz olan, habelə infrastrukturu inkişaf edən ölkənin yaranmış vəziyyətdən istifadə edərək dəyər zəncirlərində iştirak payını artırmaq imkanları var. Azərbaycan da həmin imkandan istifadə edib qlobal şokun təsirini azaltmaqdaha az itki verməklə bu dövrü geridə qoymağa çalışır.

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 8 mart.- S.8.