Günəş təqvimi
Bu, Günəşin illik zahiri hərəkətinə əsaslanan təqvimdir. Günəş - Şəmsi təqvimi Ay təqvimindən fərqli olaraq daha dəqiqdir.
Bu təqvim Miladdan əvvəl IV minillikdə Misirdə yaranmışdır. Orada yayın qızmar vaxtında Nil çayı daşar, Sirius ulduzu görünər və yay Günəşdurması baş verər. O vaxtdan da Yeni il hesablanardı. Yerin Günəş ətrafında bir tam dövr etməsi nəticəsində yaranan həqiqi ilin uzunluğu 365 gün 5 saat 48 dəqiqə 46 saniyədir.
Ay ilə hesablanan ilin uzunluğu həqiqi Günəş ilinin uzunluğundan azdır. Belə ki, birinci ikincidən ilin qısa, yaxud uzunluğundan asılı olaraq 11-12 gün fərq verir. Ona görə də Günəş təqvimində ilin başlanğıcı həmişə eyni vaxta düşür. Bir sıra bayram və mərasimlər (qurban, orucluq, məhərrəmlik) Qəməri təqviminə əsasən keçirildiklərindən hər il 11-12 gün geri çəkilir.
Günəş təqvimi dəqiq astronomik hadisəyə, yəni Günəşin
dünyanın Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçməsi
ilə baharın gəlişinə, yaz fəslinin
- Novruzun başlanmasına uyğun
gəlir. Günəş təqvimi ən geniş
yayılmış beynəlxalq təqvimdir.
Azərbaycan.-2020.- 8 mart.- S.6.